ABŞ Dövlət Departamentinin açıqlaması təəccüb və təəssüf hissi doğurur

Azərbaycanda keçirilən parlament seçkiləri ilə əlaqədar ABŞ Dövlət Departamentinin açıqlaması təəccüb və təəssüf hissi doğurur. Bunu jurnalistlərə müsahibəsində Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.
Əli Həsənov bildirmişdir ki, Azərbaycan hakimiyyəti builki seçkiləri tam demokratik, ədalətli və şəffaf seçkilər kimi dəyərləndirir və bunun üçün bizim əsasımız vardır. Bütün müşahidəçilər, o cümlədən Avropa ölkələrini təmsil edən ATƏT, Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı Parlament Assambleyası, İnsan Hüquqları üzrə Varşava İnstitutu, MDB-nin və TürkPA-nın seçki müşahidə missiyaları, seçkilərin monitorinqini aparan yerli və xarici təşkilatların əksəriyyəti seçkiləri şəffaf, ədalətli seçkilər kimi dəyərləndirərək belə bir açıqlama vermişlər ki, məntəqələrin 90 faizində seçkilər yaxşı təşkil olunmuş, 10 faizində isə müəyyən nöqsanlar müşahidə edilmişdir. Biz bunu təbii hal hesab edirik.
Azərbaycandakı seçkilərin əvvəlki seçkilərlə müqayisədə daha proqressiv bir şəraitdə keçirildiyini vurğulayan professor Ə.Həsənov seçkilərdə bütün maraqlı siyasi tərəflərin, ictimai qurumların və bitərəf namizədlərin iştirak etdiklərini bildirmişdir. Seçki geniş debat şəraitində keçirilmiş, bütün namizədlərə bərabər təbliğat-təşviqat şəraiti yaradılmışdır.
Dövlət Departamentinin seçkini qiymətləndirməsinə Azərbaycanın Xarici İşlər Nazirliyinin münasibət bildirdiyini qeyd edən Ə.Həsənov demişdir ki, biz bundan təəccüblənirik və təəssüflənirik. Ona görə ki, ABŞ-ın bu açıqlamasında müəyyən subyektiv mülahizələrə yol verilmiş və bu dəyərləndirmə əksər beynəlxalq təşkilatların dəyərləndirməsindən xeyli fərqlənir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında