Bu gün bizim dünya mətbuatı ilə müqayisə oluna biləcək yazılı mediamız, elektron KİV-lərimiz və peşəkar jurnalistlərimiz var

Məlumat verildiyi kimi, Azərbaycan Milli Mətbuatının 135 illik yubileyi ilə əlaqədar Prezident İlham Əliyev 2010-cu il iyulun 21-də bir qrup mətbuat işçisinin fəxri adlar və "Tərəqqi" medalı ilə təltif olunması barədə sərəncamlar imzalamışdı.
Noyabrın 10-da Beynəlxalq Mətbuat Mərkəzində fəxri adların və medalların təqdimat mərasimi keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Azərbaycan mediasının zəngin ənənələrinin və tarixinin olduğunu vurğulayaraq, Milli Mətbuatın yaradılmasının 135 illik yubileyinin geniş tədbirlərlə qeyd edildiyini xatırlatmışdır. Bildirmişdir ki, bu tədbirlər çərçivəsində Prezident İlham Əliyev Mətbuat Şurasının binasının açılış mərasimində iştirak etmiş və Şuranın üzvləri ilə görüşmüş, bir qrup mətbuat işçisinin təltif olunması, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı sərəncamlar imzalamışdır.
Müstəqilliyimizin ilk illərindən bu günədək mətbuatımızın inkişaf mərhələlərinə nəzər salan Ə.Həsənov bildirmişdir ki, 1991-ci illə bugünkü vəziyyəti müqayisə edəndə Azərbaycan mətbuatı ciddi və böyük bir inkişaf yolu keçmişdir. Bu gün bizim dünya mətbuatı ilə müqayisə oluna biləcək yazılı mediamız, elektron KİV-lərimiz, peşəkar jurnalistlərimiz var. Dünya miqyasında Azərbaycanı təmsil edə biləcək media ictimaiyyətimiz mövcuddur. Bütün bunları götürəndə Azərbaycan mətbuatının inkişafında müstəqillik illərində müşahidə olunan bu dövr tərəqqi və inkişaf dövrü olmuşdur.
Hər bir ölkədə müstəqil, azad mətbuatın fəaliyyəti və inkişafı üçün qanunvericilik bazasının yaradılmasının, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsinin, jurnalist əxlaqının, mənəviyyatının və peşəkarlığının zəruriliyini bildirən Ə.Həsənov, Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımların əhəmiyyətini vurğulamışdır.
Jurnalistikanın unikal peşə, təkrarolunmaz sənət olduğunu deyən Prezident Administrasiyasının şöbə müdiri bildirmişdir ki, jurnalistin fəaliyyətinin nəticəsində cəmiyyət idarə olunur, ictimai mühit və davranış normaları formalaşır. Ona görə də mətbuat üçün hər bir jurnalistin peşə əxlaqı, mənəviyyatı mühüm rol oynayır. Ümummilli lider Heydər Əliyev həmişə jurnalistin peşəkarlığı ilə yanaşı, onun fədakarlığına və əxlaqına xüsusi önəm vermişdir.
Ə.Həsənov demişdir ki, milli mətbuatımızın formalaşması və inkişafının ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş konsepsiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Dövlətin mətbuatın inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ötən il KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılmış, mətbuatın inkişafı ilə bağlı xüsusi konsepsiya qəbul olunmuşdur.
Qeyd edilmişdir ki, Azərbaycan dövlətinin bugünkü mətbuat siyasəti üç amal üzərində qurulmuşdur: mətbuatın maddi-texniki bazasının gücləndirilməsinin, müstəqil medianın fəaliyyətinin genişləndirilməsinin, jurnalistlərimizin peşəkarlığının və mənəvi-əxlaqi davranışının artırılmasının qayğısına qalmaq.
Prezident İlham Əliyevin mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə imzaladığı sərəncamın əhəmiyyətini vurğulayan Ə.Həsənov qeyd etmişdir ki, mətbuatımızın inkişafı üçün dövlətin atacağı addımlar bundan sonra da davam edəcəkdir. Azərbaycan jurnalistikasına, azad sözə, cəmiyyətimizin mənəvi-əxlaqi saflığına, mədəniyyətimizin, dilimizin, ictimai həyat normalarının inkişafına xidmət edən hər bir jurnalist hansı siyasi düşərgəyə mənsub olmasına baxmayaraq, Azərbaycan dövlətinin qayğısı ilə əhatə olunacaqdır.
Sonra fəxri adların nişan və vəsiqələri, "Tərəqqi" medalı sahiblərinə təqdim olunmuşdur.
Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktorunun müavini Dağbəyi İsmayılov "Əməkdar jurnalist" fəxri adına, xüsusi müxbir Sabir Hacıyev isə "Tərəqqi" medalına layiq görülmüşdür.
Mətbuat Şurasının sədri Əflatun Amaşov milli mətbuatımızın inkişafına, mətbuat işçilərinin təltif olunmasına, eləcə də onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə media ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında