Naxçıvan MR Ali Məclisində Türkiyə Konstitusiya Məhkəməsi hakimləri ilə görüş olmuşdur

Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin hakimlərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasına səfərə gəlmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin hakimləri Sərdar Özgüldür, Hakan Atasoy və Zəhra Ayla Perktaş ilə görüşmüşdür.
Ali Məclisin sədri xalqımızın xoş ovqatla qeyd etdiyi Dövlət Bayrağı Günündə və 12 Noyabr - Konstitusiya günü ərəfəsində qonaqları Naxçıvanda salamlamaqdan məmnunluğunu bildirmiş, onlara muxtar respublikanın statusu, idarəetmə quruluşu, sərhədləri, elm və təhsil sahələri barədə məlumat vermiş, nümayəndə heyətinin səfərinin iki qardaş, dost ölkənin Konstitusiya məhkəmələrinin qarşılıqlı əlaqələrində xüsusi yer tutacağına əminliyini ifadə etmişdir.
Türkiyə Respublikası Konstitusiya Məhkəməsinin hakimi Sərdar Özgüldür Naxçıvan Muxtar Respublikasına səfərlərinin tanışlıq xarakteri daşıdığını bildirmiş, Ali Məclisin sədrini Dövlət Bayrağı Günü münasibətilə təbrik etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur.
Qonaqlar muxtar respublikaya ikigünlük səfər çərçivəsində Naxçıvan və Ordubad şəhərlərinin qədim tarixi abidələri və görməli yerləri ilə tanış olacaqlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında