Dövlət Bayrağı Günü Naxçıvanda qeyd olunmuşdur

AMEA Naxçıvan bölməsində Azərbaycan Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilmişdir. Bölmənin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək demişdir ki, ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul edilmiş üçrəngli bayrağımız sovet hakimiyyəti dövründə dəyişdirilmişdir.
Sovet İttifaqının hələ də fəaliyyət göstərdiyi 1990-cı il noyabrın 17-də milli bayrağımız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan Ali Məclisində dövlət bayrağı kimi qəbul edilmişdir. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev 2007-ci ilin noyabrın 17-də Bayraq Meydanının yaradılması haqqında sərəncam imzalamış və 2010-cu il sentyabrın 1-də dünyada analoqu olmayan bayraq meydanının açılışı olmuşdur. Bakı şəhərində 162 metr hündürlükdə xalqımızın qürur mənbəyi olan milli bayrağımız dalğalanır. Dövlətimizin başçısının sərəncamı ilə noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı günü kimi qeyd edilir.
Bütün bunlar təsadüfi xarakter daşımır. Xalqımız daim müstəqil yaşamağa can atmış, tarixin müəyyən dönəmlərində xalqın istəyinin qarşısı alınmışdır. Məhz dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra xalq həqiqi müstəqilliyin bəhrəsini görmüşdür.
Heydər Əliyev dövlət müstəqilliyimizi qoruyub saxlamaqla Azərbaycanı dünyaya tanıtmışdır. Bu gün Azərbaycan dünyada sürətlə inkişaf edən ölkələrdəndir. İqtisadi inkişafı davam etdirmək və müstəqilliyi daha da möhkəmləndirmək üçün dövlət rəmzlərinə xüsusi diqqət yetirilir.
Sonra Heydər Əliyevin Naxçıvandakı fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında