Meksikanın nüfuzlu "The News" qəzetində "Müşahidəçilər: Azərbaycanda parlament seçkiləri ədalətli keçirilmişdir" başlıqlı geniş məqalə dərc edilmişdir

Azərbaycanın Meksikadakı səfirliyinin mətbuat xidmətindən bildirmişlər ki, noyabrın 7-də Milli Məclisə seçkilərin işıqlandırılması məqsədi ilə Meksikanın "The News" qəzetinin müxbiri xanım Teres Marqolis prosesi bilavasitə izləmək üçün Bakıya səfər etmişdir.
T.Marqolis seçki məntəqələrində səsvermə prosesi ilə yaxından tanış olmuşdur. Seçkiləri izləyərkən T.Marqolis iqtidar və müxalifət nümayəndələrindən müsahibələr almışdır. Seçkilərdən dərhal sonra "The News" qəzetində ölkəmizdə başa çatmış parlament seçkilərinə dair "Müşahidəçilər: Azərbaycanda parlament seçkiləri ədalətli keçirilmişdir" başlıqlı geniş məqalə dərc edilmişdir.
Məqalədə, mindən artıq beynəlxalq müşahidəçilərin seçkilərin ədalətli, açıq və şəffaf keçirildiyi barədə bəyanatlarına istinadən qeyd edilmişdir ki, hələ seçkilərdən əvvəl, hakimiyyətdə olan Yeni Azərbaycan Partiyasının (YAP) birmənalı şəkildə qalib gələcəyi həm beynəlxalq, həm də yerli analitiklər tərəfindən proqnozlaşdırılmışdı. Buna səbəb kimi, 2003-2008-ci illərdə Azərbaycan iqtisadiyyatının davamlı inkişaf etməsi və hazırkı iqtidarın ölkədə böyük nüfuza sahib olması göstərilmişdi.
Eyni zamanda, məqalədə 11 saat səsvermə zamanı müşahidəçilərin internet vasitəsilə prosesi canlı izləməsi üçün Mərkəzi Seçki Komissiyası tərəfindən ölkədə seçki məntəqələrində veb-kameraların quraşdırılması, müracət etmiş bütün beynəlxalq təşkilat, QHT və mətbuat nümayəndələrinin akkreditə edilməsi və seçkilərin demokratik şəkildə keçirilməsi üçün lazımi tədbirlərin görüldüyü bildirilmişdir.
Xüsusi ilə qeyd edilmişdir ki, bir sıra mötəbər beynəlxalq müşahidəçilərin fikrinə əsasən, seçki prosesində heç bir ciddi qanun pozuntularına yol verilməmiş və həm yerli, həm də beynəlxalq təşkilatları təmsil edən müşahidəçilərin rəyinə əsasən, seçkilər ədalətli və açıq şəkildə aparılmışdır. "Mən seçkilər zamanı heç bir ciddi problemlərin baş verməsi barədə şikayət eşitməmişəm"- deyən AŞPA-nın Azərbaycanda keçirilən parlament seçkilərinin müşahidə olunması üzrə Xüsusi Komitəsinin seçkiqabağı missiyasının rəhbəri Pol Villin sözlərinə istinad edilmişdir.
Məqalədə Azərbaycan haqqında oxuculara ümumi məlumat verən müəllif, neft və qazla zəngin Azərbaycanın Cənubi Qafqaz regionunda bir sıra böyük ölkələrin geosiyasi maraqlarının kəsişdiyi strateji əhəmiyyətli ərazidə yerləşdiyini qeyd etmişdir.
Ermənistanın Azərbaycana hərbi təcavüzü və ölkənin 20 faiz ərazisinin - Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğalı məsələsinə toxunulmuş, münaqişə nəticəsində öz torpaqlarından didərgin düşmüş bir milyonadək insanın səsvermə zamanı bir çox çətinliklərlə üzləşməsi probleminə də xüsusi diqqət verilmişdir.
Latın Amerikası regionunda geniş nüfuza malik "The News" qəzeti Meksikada ingilis dilində yeganə və gündəlik nəşr edilən mətbu orqandır.
AzərTAc

{nl}

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında