Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişafı üçün əsaslı zəmin vardır

Azərbaycan Respublikasının Latviya Respublikasına yeni təyin olunmuş səfiri Elman Zeynalov noyabrın 9-da etimadnaməsini bu ölkənin Prezidenti Valdis Zatlersə təqdim etmişdir.
Prezident Valdis Zatlers ölkələrimiz arasındakı münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə etmiş, Azərbaycanın Latviyaya dost ölkə olduğunu vurğulamış, əlaqələrimizin hər il yeni səviyyəyə qalxmasını yüksək qiymətləndirmişdir. O demişdir ki, hər iki dövlət arasında əməkdaşlığı daha da genişləndirmək üçün böyük imkanlar vardır.
Azərbaycan diasporunun Latviyanın ictimai və siyasi həyatında əhəmiyyətli rolundan danışan Prezident V.Zatlers ölkəsində milli azlıqların fəaliyyəti və milli mədəni xüsusiyyətlərini qoruyub saxlamaları üçün bütün zəruri işlərin görüldüyünü diqqətə çatdırmışdır. Bildirmişdir ki, Latviya Azərbaycanlılarının "Ocaq" Mədəniyyət Mərkəzinin sədri R.Əliyev Latviya Prezidenti yanında Milli Azlıqlar üzrə Komissiyanın üzvüdür.
Latviyanın dövlət başçısı səfir Elman Zeynalova diplomatik fəaliyyətində uğurlar arzulamışdır.
Səfir E.Zeynalov Azərbaycan ilə Latviya arasında ənənəvi dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün əsaslı zəminin olduğunu vurğulamış, əməkdaşlığımızın bundan sonra da genişlənməsi yolunda əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.
Səfir Azərbaycan diasporunun fəaliyyəti üçün yaradılmış əlverişli şəraitə görə minnətdarlığını bildirmiş, bu ölkədə yaşayan azərbaycanlıların fəaliyyətlərini Latviyanın milli ənənələrinə və şəraitinə uyğun olaraq qurduqlarını bildirmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında