Azərbaycanda keçirilmiş parlament seçkiləri Fransa mətbuatında geniş işıqlandırılmışdır

Noyabrın 7-də Azərbaycanda keçirilmiş parlament seçkiləri dünya mətbuatının, o cümlədən Fransanın kütləvi informasiya vasitələrinin diqqət mərkəzində olmuşdur. Fransanın nüfuzlu, gündəlik nəşr olunan "Le Fiqaro", "Le Monde", "Les Echos" və digər qəzetlərinin, yahoo. fr internet saytının 7 və 8 noyabr tarixli nömrələrində Azərbaycanda böyük ruh yüksəkliyi və seçicilərin fəal iştirakı ilə baş tutmuş parlament seçkilərinə dair müxtəlif başlıqlar altında məqalələr və fotolar dərc edilmişdir.
"Le Monde" qəzetində ayrı-ayrı vaxtlarda dərc olunmuş "Azərbaycan: hakimiyyətdə olan partiya parlament seçkilərində müvəffəqiyyət qazanmışdır" sərlövhəli məqalədə Qafqazın enerji ehtiyatları ilə zəngin olan ölkəsində keçirilmiş parlament seçkilərinin ilkin nəticələrinə görə Prezident İlham Əliyevin rəhbər olduğu Yeni Azərbaycan Partiyasının (YAP) öndə getdiyi, bu partiyanın Milli Məclisdə daha çox deputatla təmsil olunacağının heç kimdə şübhə doğurmadığı diqqətə çəkilmişdir. Məqalələrdə seçkiləri müşahidə etmiş "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin seçkinin gedişi ilə bağlı seçicilər arasında apardığı sorğuya xüsusi yer verilmişdir. Rəyi soruşulanların əksəriyyəti ötən parlament seçkilərindən fərqli olaraq builki seçkilərdə seçicilərin daha çox mütəşəkkillik göstərdiyini qeyd etmişdir. Məqalələrdə seçicilərin YAP-a böyük inam göstərdikləri, ona görə də bu partiyadan olan namizədləri dəstəkləyərək onlara səs verdikləri xüsusi vurğulanmışdır.
"Le Monde" qəzetində dərc edilmiş "Hakimiyyətdə olan partiya Azərbaycanda öz üstünlüyünü bir daha nümayiş etdirmişdir" sərlövhəli yazıda YAP- ın parlament seçkilərində böyük üstünlüklə qələbə qazanması barədə oxuculara məlumat verilmişdir.
Məqalədə seçkilərin nəticələri ilə bağlı keçirilmiş mətbuat konfransında YAP sədrinin müavini-icra katibi Əli Əhmədovun fikirlərinə yeri gəldikcə istinad edilmişdir. Əli Əhmədov parlament seçkilərinin şəffaf, ədalətli və beynəlxalq hüquq normalarına uyğun keçdiyini, ciddi qanun pozuntularına yol verilmədiyini bildirmişdir.
"Le Fiqaro" qəzetində dərc olunmuş "Prezident İlham Əliyevin partiyası öndədir" yazısında parlament seçkilərində üstünlüyünü bir daha sübuta yetirmiş Yeni Azərbaycan Partiyasının parlamentdə 125 yerdən 73-nü qazanması, 36 yerin müstəqil namizədlər tərəfindən əldə edilməsi, seçki məntəqələrinin yerli vaxtla səhər saat 8.00-da fəaliyyətə başladığı və saat 19.00-da səsvermənin başa çatması barədə məlumat verilmişdir.
Məqalədə beynəlxalq müşahidəçilərin seçkilərin gedişindən razı qaldıqları, səsvermə zamanı heç bir qanun pozuntusuna rast gəlmədikləri geniş şərh olunmuşdur. Onların Azərbaycanda seçki sisteminin getdikcə təkmilləşdiyi, bunun isə öz növbəsində ölkədə gedən demokratik islahatların uğurla həyata keçirilməsindən xəbər verməsinə dair səsləndirdikləri fikirlər məqalədə geniş yer almışdır.
"Les Echos" qəzetində dərc olunmuş "Azərbaycan: Hakimiyyətdə olan partiyanın qələbəsi", "Seçicilər xüsusi fəallıq göstərirlər" və digər məqalələrdə Azərbaycanda keçirilmiş parlament seçkilərinin gedişi, seçkilərin başa çatması barədə ətraflı söhbət açılmışdır.
Məqalələrdə beynəlxalq təşkilatların nümayəndələrinin, müstəqil müşahidəçilərin seçkilərin gedişinə dair fikirlərinə yer verilmişdir. Qərb ölkələri müşahidəçilərinin Azərbaycanda seçkinin keçirilməsi sahəsində xüsusi təcrübə əldə etdiyi, bu istiqamətdə mühüm işlər görüldüyü, Avropa Şurası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycandakı parlament seçkilərinin şəffaf və ədalətli keçirilməsinə dair fikirləri məqalədə yer almışdır.
Fransanın digər kütləvi informasiya vasitələrində də Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı müsbət fikirlər səsləndirilmişdir.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında