Ukrayna KİV-ləri Azərbaycanda başa çatmış parlament seçkilərini işıqlandırırlar

Ukraynanın kütləvi informasiya vasitələri Azərbaycanda başa çatmış parlament seçkilərini işıqlandırırlar. "Kommersant. Ukrayna" qəzeti (9 noyabr) Azərbaycan Milli Məclisinə seçkilərin nəticələrinə həsr olunmuş "Azərbaycan sabitliyə səs vermişdir" başlıqlı məqalə dərc etmişdir.
Məqalədə göstərilir ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası bazar günü keçirilmiş parlament seçkilərinin ilkin nəticələrini açıqlamışdır. Qəzet yazır ki, gözlənildiyi kimi, seçkilərdə Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyası qalib gəlmişdir.
Yazıda qeyd olunur ki, hazırda fəaliyyət göstərən parlamentdə olduğu kimi, yeni parlamentdə də deputat yerlərinin çoxunu Yeni Azərbaycan Partiyası tutacaqdır.
Məqalənin müəllifi Yelena Çernenko yazır ki, Yeni Azərbaycan Partiyasının nümayəndələri qeyri-konstruktiv fəaliyyətinə və seçki prosesini pozmaq cəhdlərinə görə müxalifəti günahlandırmışlar. "Kommersant. Ukrayna" qeyd edir ki, məntəqələrdə hüquq pozuntularına yol verildiyi barədə müxalifət partiyalarının hələ seçki prosesi başlanan kimi yaydıqları məlumatlar diqqətlə öyrənilmiş və təsdiqini tapmamışdır. Müəllif daha sonra AŞPA missiyası müşahidəçilərinin başçısı Pol Villin seçki prosesindən sonra verdiyi bəyanatı misal gətirərək qeyd etmişdir ki, seçkilərin demokratik şəraitdə keçməsi rəyi ilə beynəlxalq müşahidəçilər də razılaşmışlar. Pol Vill seçkilərdən sonra Bakıda verdiyi bəyanatında demişdir: "Seçkilər sakit tərzdə, beynəlxalq standartlara uyğun şəkildə keçmişdir. Ötən dəfəki seçkilərdən fərqli olaraq, bu dəfə bütün siyasi partiyalar seçkilərdə iştirak etmişlər". Məqalənin müəllifi yazır ki, ATƏT, MDB, GUAM və bir sıra digər təşkilatların müşahidəçiləri də seçkiyə məhz belə qiymət vermişlər.
Ukraynanın "Birinci milli", "5-ci kanal" və başqa televiziya kanalları da respublikamızda başa çatmış parlament seçkilərində Yeni Azərbaycan Partiyasının qələbəsinə həsr olunmuş verilişlər yayımlamışlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında