Aleksey VLASOV: "Xəzər regionu bütün Avrasiya məkanının taleyini müəyyən edəcəkdir"

"Xəzər regionu nəhəng geostrateji məkandır və gələcəkdə bütün Avrasiya məkanının taleyini müəyyən edəcəkdir".
Bu sözləri noyabrın 10-da Moskvada, "Xəzəryanı dövlətlərin üçüncü zirvə görüşü ərəfəsində Xəzər gündəliyi" mövzusunda "dəyirmi masa"da M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Postsovet Məkanını Öyrənmə Mərkəzinin baş direktoru Aleksey Vlasov səsləndirmişdir.
Politoloq demişdir ki, Xəzəryanı dövlətlərin əməkdaşlığı məsələləri ilk növbədə beş Xəzəryanı dövlət səviyyəsində həll edilməlidir.
A.Vlasov vurğulamışdır ki, Xəzəryanı dövlətlər gündəliyi müəyyənləşdirməli, sonra digər tərəfləri danışıqlara dəvət etməlidirlər.
Politoloq hesab edir ki, Xəzəryanı dövlətlər tətbiq etmək üçün ekoloji və digər standartlar işləyib hazırlamalıdırlar.
Xəzər Əməkdaşlıq İnstitutunun baş direktoru, Siyasi Texnologiyalar Mərkəzinin vitse-prezidenti Sergey Mixeyevin sözlərinə görə, Xəzəryanı dövlətlərin kompleks əməkdaşlığı üçün beştərəfli format lazımdır. S.Mixeyevin fikrincə, Azərbaycanda Xəzərin problemlərinə böyük əhəmiyyət verilir və bu məsələləri işıqlandıran, onlarla məşğul olan informasiya resursları vardır.
Noyabrın 18-də Bakıda Xəzəryanı dövlətlərin başçılarının zirvə görüşü keçiriləcəkdir. Bakı sammitində Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq sazişinin imzalanacağı gözlənilir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında