Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin press-relizi

2010-cu il noyabrın 7-də Azərbaycanda keçirilən parlament seçkiləri ilə əlaqədar ABŞ Dövlət Departamenti noyabrın 8-də açıqlama ilə çıxış etmişdir. Bu açıqlama Azərbaycanda təəccüb və təəssüf hissi ilə qarşılanmışdır. Belə ki, bu və ya digər ölkədə keçirilən seçkilərə qiymət verərkən Dövlət Departamentinin açıqlaması bir qayda olaraq həmin seçkilərə nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən verilən qiymətlərdən köklü surətdə fərqlənmir.
Dövlət Departamenti bəyan edir ki, "Azərbaycanda noyabrın 7-də keçirilən parlament seçkiləri beynəlxalq standartlara uyğun keçirilməyib". Həmin açıqlamada ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, Avropa Şurasının Parlament Assambleyasının, ATƏT-in Parlament Assambleyasının, Avropa Parlamentinin seçkiləri müşahidə missiyalarının gəldikləri nəticəyə istinad olunur. Lakin istinad olunan sənəddə Dövlət Departamentinin verdiyi nəticəyə oxşar qiymətləndirmə yoxdur.
Beynəlxalq təşkilatların yaydığı sənəddə bəzi nöqsanlarla bərabər vurğulanır ki, seçkilər dinc və debat şəraitində keçirilmiş, bütün müxalifət partiyalarının iştirakı ilə səciyyələnmiş və müşahidə missiyaları məntəqələrin 90 faizində səsvermə prosesini müsbət qiymətləndirmişlər. Bu da onu göstərir ki, seçkilər bütövlükdə əhalinin etimadını qazanmışdır.
Bununla yanaşı Azərbaycan hökuməti qeyd etməyi özünə borc bilir ki, demokratik, ədalətli və şəffaf seçkilərin keçirilməsi dövlətin əsas hədəfidir və bu istiqamətdə görülmüş müsbət işləri təqdir etməklə bərabər, seçki prosesində müşahidə olunan bəzi nöqsanları Mərkəzi Seçki Komissiyası və müvafiq dövlət qurumları ciddi araşdıraraq, lazımi ölçü götürəcəkdir.

{nl}

Bakı, 9 noyabr 2010-cu il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında