Avropa İttifaqının Ali Nümayəndəsi Ketrin Eştonun Azərbaycanda keçirilmiş parlament seçkiləri ilə bağlı bəyanatı

Bu gün Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Azərbaycanda parlament seçkiləri ilə bağlı aşağıdakı bəyanatla çıxış etmişdir:
"Mən Beynəlxalq Seçki Müşahidə Missiyasının gəldiyi ilkin nəticələri nəzərə alaraq qeyd edirəm ki, Azərbaycan Respublikasında parlament seçkiləri dinc şəraitdə keçmiş, bütün müxalifət partiyaları siyasi proseslərdə iştirak etmişdir, lakin seçkilərin təşkili, bütövlükdə, ölkənin demokratik inkişafında güclü irəliləyiş üçün kifayət olmamışdır.
Mən Azərbaycanın hakimiyyət orqanlarını ATƏT/DTİHB-nin seçki prosesi zamanı göstərdiyi çatışmazlıqları, eləcə də müəyyən etdiyi problemli məsələləri aradan qaldırmağa çağırıram.
Mən, həmçinin Azərbaycanın hakimiyyət orqanlarının demokratik prinsiplər və insan hüquqları, xüsusən də demokratik plüralizm, mətbuat azadlığı və sərbəst toplaşma azadlığının gücləndirilməsi ilə bağlı götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün səylərinin daha da artırılmasına ümid bəsləyirəm.
Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır və biz siyasi islahatların bundan sonra da həyata keçirilməsinə, bu prosesin həmçinin Şərq Tərəfdaşlığı çərçivəsində aparılmasına dəstəyimizi davam etdirməyə hazırıq".

{nl}

Brüssel, 8 noyabr 2010-cu il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında