"Silk Way" aviaşirkəti yeni alınmış "Boeing" tipli yük təyyarəsini təqdim etmişdir

Azərbaycanın ən böyük aviaşirkətlərindən olan "Silk Way" aviaşirkəti noyabrın 8-də "Cargolux" təşkilatından alınmış yeni "Boeing 747-400 F" yük təyyarəsini təqdim etmişdir.
Tədbirdə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti, Dövlət Mülki Aviasiya Administrasiyası, "Boeing" və "Cargolux" şirkətlərinin rəsmiləri iştirak etmişlər.
"Silk Way" şirkətinin direktoru Şəmsəddin Mirsalayev jurnalistlərə müsahibəsində bildirmişdir ki, hava gəmisi şirkətin mülkiyyətinə və istifadəsinə verilən bu tipdən olan ilk yük təyyarəsidir. Belə təyyarələr dünyanın hər yerinə uçuşlar edə bilərlər.
Qeyd edilmişdir ki, keçmiş sovet dövründən işlənilən təyyarələr artıq sıradan çıxdığı üçün təyyarə parkı daim yeni hava gəmiləri ilə təzələnir. Ümumiyyətlə, "Boeing 747 -400 F" təyyarəsi bu gün ən keyfiyyətli və ən çox istifadə olunan hava gəmisidir. Təyyarənin işlənmə müddəti 40 ildir. Təyyarə artıq Niderlanddan Bakıya ilk uçuşunu etmişdir.
Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov isə bu gün Azərbaycan mülki aviasiya tarixində yeni bir səhifənin açıldığını söyləmişdir. İlk dəfədir ki, Azərbaycanın dövlət mülki aviasiya reyestrində bu cür geniş gövdəli, ən ağır təyyarələrdən biri qeydə alınmışdır. Artıq iki gündən sonra bu təyyarə Azərbaycan bayrağı altında rəsmi uçuşlara başlayacaqdır. Təyyarənin növbəti reysi Şanxaya olacaqdır. A.Məmmədov bir ildən sonra bu tip daha bir hava gəmisinin alınacağını söyləmişdir.
"Boeing" şirkətinin vitse-prezidenti Martin Benrott Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməkdən məmnunluğunu bildirmişdir. O demişdir ki, biz əvvəlcə "Azərbaycan Hava Yolları" QSC, bu gün isə "Silk Way" şirkəti ilə əməkdaşlıq etməkdən çox böyük qürur hissi duyuruq. "Boeing 747 -400 F" təyyarəsini "göylərin şahzadəsi" adlandırmaq olar. Yaxın illərdə Azərbaycana daha bir neçə yük və sərnişin təyyarələri gətiriləcəkdir.
Yükgötürmə qabiliyyəti 125 ton olan "Boeing 747 -400 F" təyyarəsi 9 min kilometr məsafəyədək uçuşlar edə bilir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında