Cəzaçəkmə müəssisələrində də səsvermə keçirilmişdir

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 1 saylı cəzaçəkmə müəssisəsində yaradılan 24 saylı Nizami birinci seçki dairəsinin 33 saylı seçki məntəqəsində səsvermə hüququ olan 1068 seçici parlament seçkilərində iştirak edib.
Seçki müşahidəçilərinin mətbuata verdiyi məlumata görə, seçkilərin gedişində pozuntu qeydə alınmayıb. Məhkumlar MSK-nın müəyyən etdiyi formada hazırlanan xüsusi vəsiqələrlə səs veriblər. Müəssisədə seçkilərlə bağlı lazımi maarifləndirmə işləri aparılıb.Məhkumlar mətbuat və KİV vasitələri ilə həmin dairədən olan namizədlərin seçki platformaları ilə tanış olublar və seçkilərdə iştirak etmək üçün müəssisə rəhbərliyi tərəfindən onlara tam hüquqi şərait yaradılıb.
Digər məlumatı 4 saylı qadın cəzaçəkmə müəssisəsində olan ombudsman Elmira Süleymanova jurnalistlərə açıqlamasında bildirib. "Ümid edirəm ki, bu il seçkilərdə qanun pozuntusu olmayacaq"- deyə E.Süleymanova qeyd edib.
Onun sözlərinə görə, buna səbəb seçkilərin keçirilməsi ilə bağlı çoxsaylı təlim və tədbirlərin keçirilməsidir. Ombudsman onu da qeyd edib ki, 4 saylı qadın cəzaçəkmə müəssisində seçki prosesini izləyib. Səsvermədə seçki hüququ olan 12 gənc və 324 qadın iştirak edib.
E.Süleymanova onu da vurğulayıb ki, Səbail, Yasamal və Xətai rayonlarında müşahidə apardığı seçki məntəqələrində heç bir qanun pozuntusu qeydə alınmayıb. Ombudsman Elmira Süleymanova bu il keçirilən parlament seçkilərinin bütün qaydalara riayət edilməklə tam sərbəst şəkildə təşkil olunduğunu bildirib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında