"Dövlətin sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri" istiqaməti üzrə ixtisasartırma kursu keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) qısamüddətli ixtisasartırma kursunun növbəti buraxılışı olmuşdur.
DİA-dan bildirmişlər ki, "Dövlətin sosial siyasəti: mahiyyət, prioritetlər və həyata keçirilmə mexanizmləri" istiqaməti üzrə keçirilən kursda dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrin rəhbər işçiləri iştirak etmişlər.
Müvafiq istiqamətdə tədrisin əsas məqsədi "2006-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"nın şərh edilməsi, bu sahədə dövlət siyasətinin mahiyyətinin və strategiyasının açıqlanması, ölkəmizdə demoqrafik proseslərin müasir vəziyyəti, əmək pensiyaları haqqında qanunvericilikdə dəyişikliklər və əlavələr və s. ilə bağlı biliklərin sistemləşdirilməsi, dinləyicilərə bu sahədə yeni məlumatların verilməsi olmuşdur.
Tematik plan üzrə kursda ümummilli lider Heydər Əliyevin zəngin dövlət idarəçilik təcrübəsinin əhəmiyyətindən bəhs edilmiş, Azərbaycanda sosial siyasət və onun əsas istiqamətləri, Azərbaycan Respublikasında pensiya islahatlarının mahiyyəti, problemləri, pensiya siyasəti, onun həyata keçirilməsi və digər məsələlər əhatə olunmuşdur.
Kursda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, həmçinin tanınmış alim-mütəxəssislər sosial siyasətin müasir problemlərinə dair müxtəlif mövzularda mühazirələrlə çıxış etmişlər.
Eyni zamanda, dinləyicilər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində praktika keçərək, müasir Azərbaycanda sosial siyasətin formalaşması və bu sahədə dövlət siyasətinin aktual məsələləri ilə tanış olmuşlar.
Buraxılış mərasimində DİA-nın birinci prorektoru, professor Əlikram Abdullayev çıxış edərək kursu müvəffəqiyyətlə bitirənləri təbrik etmiş, uğurlar arzulamışdır.
Kursu bitirənlərə vəsiqələr təqdim olunmuşdur.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında