Minskdə MDB ölkələrinin hava hücumundan müdafiə üzrə növbətçi qüvvələrinin fəaliyyətini tənzimləyən sənədin layihəsi müzakirə ediləcəkdir

Noyabrın 11-12-də Minskdə, MDB-nin İcraiyyə Komitəsində Birlik ölkələrinin hava hücumundan müdafiə qüvvələrinin hava gəmisinin ələ keçirilməsi barədə informasiya aldıqları zaman onların fəaliyyətinin təşkili haqqında Saziş layihəsinin tamamlanması və razılaşdırılması üzrə ekspert qrupunun iclası keçiriləcəkdir.
MDB ölkələri terrorizmə və ekstremizmə qarşı mübarizəni milli təhlükəsizliklərinin təmin olunmasının ən mühüm vəzifələrindən biri sayır və bu istiqamətdə qarşılıqlı fəaliyyəti gücləndirmək məqsədi ilə tədbirlər görürlər.
Sənədin layihəsi MDB Dövlət Başçıları Şurasının 2007-ci il 5 sentyabr tarixli "2008-2010-cu illərdə terrorizmə və ekstremizmin digər zorakı təzahürlərinə qarşı mübarizədə MDB-nin üzvü olan dövlətlərin əməkdaşlıq Proqramı haqqında" qərarına müvafiq hazırlanmışdır. Saziş layihəsi hava məkanında terror aktının törədilməsi təhlükəsinin və hava məkanında terror aktı təhlükəsinin aradan qaldırılması və ya hava gəmisinin tutulması barədə informasiya daxil olan zaman Birliyin üzvü olan dövlətlərin silahlı qüvvələrinin vəzifəli şəxslərinin bununla bağlı fəaliyyətinin müəyyənləşdirilməsi qaydalarını tənzimləyir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında