AXCP- Müsavat təmsilçiləri şəffaf seçkilərə kölgə salmaq niyyətindədirlər

Noyabrın 7- də keçirilmiş Azərbaycan Respublikası parlamentinə seçkilər həm beynəlxalq, həm də yerli müşahidəçilər tərəfindən yüksək qiymətləndirilib. Beynəlxalq müşahidəçilər vurğulayıblar ki, seçki prosesində heç bir nəzərə çarpacaq qanun pozuntusu qeydə alınmayıb.
Təəssüf ki, "AXCP - Müsavat" təmsilçiləri özlərinin əsl simasını büruzə verib. Belə ki, 31 saylı Suraxanı 2-ci seçki dairəsinin 2 saylı məntəqəsində "AXCP-Müsavat" blokundan olan müşahidəçilərlə məntəqə seçki komissiyasının sədri arasında mübahisə yaranıb. Həmin bloku təmsil edən müşahidəçilərin qapıda seçicilərin şəxsiyyət vəsiqələrini yoxlaması dairə seçki komissiyası sədrinin narazılığına səbəb olub və o, iradını müşahidəçilərə çatdırıb. Komissiya sədri Qiymət Tağıyev bildirib ki, müşahidəçilərə səsvermənin gedişini izləmək üçün yer ayrılıb və onlar seçicilərin şəxsiyyət vəsiqələrini yoxlamaqla öz səlahiyyətlərini aşırlar. Komissiya sədrinin iradından sonra onunla AXCP- dən olan müşahidəçi Adil Gülməmmədov arasında mübahisə yaranıb. Hətta Adil Gülməmmədov işi o yerə çatdırıb ki, MSK sədri DSK - ya müraciət edib və 31 saylı DSK-nın sədri İmran İsgəndərov məntəqəyə gəlib. Tərəfləri dinləyən DSK sədri bildirib ki, müşahidəçilərin səsvermə prosesinə müdaxilə etmək hüququ yoxdur və belə hallar qanuna zidd sayılır, belə hal bir daha təkrarlanarsa həmin proses aktlaşdırılmalı və müşahidəçilər məntəqədən uzaqlaşdırılmalıdır. Seçkiləri izləyən beynəlxalq müşahidəçi cənab Villi müxalifətin müstəqil proqramının olmadığını vurğulayıb.

{nl}

Elçin ABBASOV

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında