Müşahidəçilər seçkilərdən məmnun qaldılar

Asen Qaqauzov, Bolqarıstan Parlamentinin nümayəndəsi:
- Bakıya noyabr ayının 5-i gəlmişik. Bundan əvvəl də Bakıda dəfələrlə olmuşam. Ancaq, beynəlxalq müşahidəçi kimi Azərbaycana ilk dəfədir ki, səfər edirəm. Mən və bizim ölkədən gəlmiş nümayəndələr bir neçə seçki məntəqəsində olduq və seçki prosesini izlədik. İstər yerli müşahidəçilər, istərsə də seçicilər öz hüquq və vəzifələrini, seçki qanunvericiliyini yaxşı bilirlər. Bu kimi amillər ölkənizdə seçki sisteminin daha da yaxşılaşmasına xidmət edir.
Atanas Mercanov, Bolqarıstan Parlamentinin nümayəndəsi:
- Biz olduğumuz seçki məntəqələrində müşahidə etdik ki, seçkilər normal və sakit keçdi, əhali fəal şəkildə səsvermədə iştirak etdi. Bu isə seçki mədəniyyətinin formalaşmasından, seçkinin yüksək səviyyədə təşkil olumasından xəbər verir. Bolqarıstandan olan nümayəndələrimiz azərbaycanlı həmkarlarına seçki sisteminin təkmilləşdirilməsi və seçicilər arasında ictimai rəyi öyrənmək sahəsində əməli kömək göstərib. Azərbaycanda indi normal seçki ənənələri formalaşıb. Ona görə də bizim seçkilərin ədalətli və demokratik keçəcəyinə şübhəmiz yoxdur. Bildiyimizə görə, seçicilərin rəyini öyrənmək üçün internetdə elektron səsvermə də təşkil olunub. Biz bu məsələni də müzakirə etdik. İnsanlar hələ ki, elektron səsverməyə öyrəşməyiblər. Ancaq inanıram ki, bir neçə ildən sonra seçicilər buna da adət edəcəklər. Avropanın bir neçə ölkəsində elektron səsvermə tətbiq olunur, ancaq, buna baxmayaraq, hələ ki, ənənəvi səsvermə üsulu üstünlük təşkil edir. Düşünürəm ki, Azərbaycanda parlament seçkilərinin demokratik və ədalətli keçirilməsi üçün heç bir maneə yoxdur.
Aqramunt Pedro, Avropa Şurası Parlament Assambleyasının nümayəndəsi:
-Azərbaycanda müxtəlif illərdə keçirilmiş seçkilərdə, beynəlxalq müşahidəçi kimi iştirak etmişəm. Yenə də parlament seçkiləri ilə əlaqədar buradayam. Əvvəlki illərdə keçirilmiş seçkiləri nəzərdə tutaraq deyə bilərəm ki, bu sahədə hər bir şey təkmilləşməyə doğru gedir. Biz Bakıda bir neçə seçki məntəqəsində olduq, öz müşahidə və qeydlərimizi apardıq. Yekun hesabatı isə yaxın günlərdə ictimaiyyətin diqqətinə çatdıracağıq.
Rəmzi Osman, Bolqarıstan parlamentinin üzvü:
- Çox diqqətəlayiq haldır ki, Azərbaycanda səsvermə prosesi Avropanın bir çox ölkələrinə nümunə göstəriləcək şəkildə- veb-kameraların nəzarəti altında aparılır. Hər bir vətəndaş evində əyləşərək internet vasitəsilə səsvermə prosesini müşahidə edə bilər. Seçki məntəqələrində həm müxalifətdən, həm iqtidardan olan müşahidəçilər səsvermənin gedişini sərbəst izləyirlər. Onlar mənə heç bir qanun pozuntusu olmadığını dedilər. Ümumilikdə, heç bir gərginlik müşahidə olunmur, seçicilərin səs verməsi üçün demokratik şərait yaradılıb.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında