Volfhanq Qrossruk: Seçkilərdə bütün siyasi partiyaların iştirakı müsbət haldır

ATƏT-in qısamüddətli missiyasının rəhbəri Volfhanq Qrossruk dünən Azərbaycanda keçirilən parlament seçkiləri ilə bağlı fikirlərini jurnalistlərə açıqlayıb. Deyib ki, bir sıra seçki məntəqələrində səsvermə prosesində problemlər qeydə alınsa da, müsbət məqamlar kimi seçkinin dinc atmosferdə keçməsini, bütün siyasi partiyaların prosesdə iştirakını, MSK-nın iclaslarının açıq olmasını, namizədlərə 4 dəqiqəlik efir vaxtının verilməsini və milli azlıqların da prosesdə təmsil olunmasını göstərmək olar. ATƏT-in müşahidə missiyasının rəhbəri həmçinin hakimiyyətin ədalətli seçki prosesinin təmin edilməsi istiqamətində səylərini xüsusi qeyd etmişdir. Onun fikrincə, ötən seçkilərlə müqayisədə bu seçkilərdə sakit mühitin olduğu, insidentlərin olmaması müsbət hal kimi səciyyələndirilmişdir. Eyni zamanda, müşahidə missiyasının üzvləri Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin yaxşı texniki hazırlığının təmin edilməsini müsbət hal kimi qeyd etmişlər. Bununla yanaşı, seçki məntəqələrinin 90%-də seçki prosesini izlədiklərini bildirən Volfhanq Qrossruk bəzi nöqsanların olduğunu diqqətə çatdırmışdır.
AŞPA müşahidə missiyasının rəhbəri Poll Vill də dünən seçkilərlə bağlı mövqeyini açıqlamışdır. Bəyan etmişdir ki, seçkilər beynəlxalq standartlara və ATƏT standartlarına tam uyğun keçirilmişdir. Seçkilər sakit şəraitdə keçmiş, seçki prosesinin texniki təminatı yüksək səviyyədə olmuşdur. Bütün bunlar Azərbaycanın demokratik ölkə kimi inkişaf etdiyini deməyə əsas verir. Eyni zamanda, namizədlərin qeydiyyatı prosesi, namizədlərin KİV tərəfindən işıqlandırılmasında balansın müəyyən qədər pozulması müəyyən narahatlığa əsas yaradır.
Avropa Parlamentinin nümayəndəsi Anneli Caatteenneaki bildirib ki, seçki prosesi texniki baxımdan yaxşı təşkil olunmuşdur. Bununla yanaşı, ekspertlər seçkilərin gedişi ilə bağlı bəzi tənqidi məqamlar da səsləndirmişlər. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun uzunmüddətli müşahidə missiyasının rəhbəri Odri Qlover deyib ki, əsas seçki dəyərləri insanların səsvermə hüququ, namizədlərin KİV-də eyni dərəcədə çıxış etmək imkanı, KİV-in müstəqilliyi və sərbəst toplaşmaq azadlığıdır. O, MSK-nın prosesdə rolunu müsbət qiymətləndirib, lakin, namizədlərin qeydiyyatı prosesində nöqsanların olduğunu söyləyib.
Xarici müşahidəçilər Azərbaycandakı 7 noyabr parlament seçkilərində paytaxt Bakıda və bölgələrdə heç bir zorakılıqlara yol verilməməsini, bütün müxalifət üzvlərinin MSK-da öz yerlərini tutmalarını qeydiyyatları ləğv edilmiş 172 namizəddən 43-nün qeydiyyatının yenidən bərpa edilməsini, qadın namizədlərin faizlə göstəricisinin 2005-ci il parlament seçkiləri ilə müqayiəsədə 10 faizdən 13 faizə qədər yüksəlməsini müsbət məqamlar kimi xüsusi qeyd etmişlər.{nl}

Məsaim ABDULLAYEV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında