Parlament seçkiləri ölkəmizin nüfuzunu daha da artırdı

Binəqədi rayonundakı 115 saylı məktəbdə təşkil edilmiş 9 saylı Binəqədi 2-ci seçki dairəsinin 13, 14 saylı seçki məntəqələrində və 8 saylı Binəqədi 1-ci seçki dairəsinin 1, 2, 3 və 4 saylı seçki məntəqələrində səsvermənin gedişini izləyərkən seçici fəallığının yüksək olduğunu gördüm. Vətəndaşlar Milli Məclisə yeni namizədlərin seçilməsində aktiv iştirak etməyə qərarlı idilər.
Gəzdiyimiz bütün məntəqələrdə səsvermənin gedişini müxtəlif iqtidar və müxalifətdən olan partiya, QHT nümayəndələri, bitərəf və sərbəst müşahidəçilər izləyirdilər. Seçki qutularına müxalif mövqeli müşahidəçilər nəzarət edirdilər.
4 saylı seçki məntəqəsində bitərəf Asif Ocaqverdiyevdən seçkinin gedişi barədə fikirlərini soruşdum. O bildirdi:
"Özünüz seçici fəallığının necə yüksək olduğunu görürsünüz. Hələlik heç bir qanun pozuntusu olmayıb. Ayrı-ayrılıqda müxtəlif namizədlərin seçilməsinə maraqlı olsaq da, seçkinin sakit, ədalətli, qanunauyğun şəkildə keçməsinə nəzarət edirik. Deyə bilərəm ki, buna nail olmuşuq." QHT nümayəndəsi, BVM Veteranları Şurasının üzvü Venera Axundova dedi:
- Seçkinin bu cür aktivlik və şəffaf şəraitdə keçməsini gözləmirdim. Bu onu göstərir ki, Milli Məclisə seçkilərə hazırlıq prosesində seçki məntəqələrində məntəqə seçki komissiyalarının sədrləri və komissiya üzvləri seçicilərlə ətraflı söhbət aparmış, onları seçki məcəlləsinə uyğun təlimatlandırmışlar. Həmçinin namizədlərlə görüşlər də ardıcıl təşkil edilmişdir. İldən ilə seçici fəallığı da artır, vətəndaşların seçkiyə inamı da çoxalır. Məhz buna görə də seçki şəffaf, qanunauyğun şəkildə gedir və qanun pozuntusu yoxdur, hər kəs istədiyi namizədə təzyiqsiz, müdaxiləsiz səs verir.
Demokratik İslahatlar Partiyasından seçkidə müşahidəçi qismində iştirak edən Leyli Məmmədova seçkinin çox ədalətli və humanist şəkildə aparılmasından danışdı. Ahıl adamlara göstərilən qayğını diqqətə çatdırdı. O dedi: " Bəzi ahıl, bir qədər səhhətində problem olan seçicilər var ki, onlar bülletenlə bağlı kifayət qədər məlumatlanmamışlar və hələ də müşahidəçilərə müraciət edirlər. Bütün müşahidəçilərin hamısının iştirakı ilə onlara səsvermənin qaydasını başa salırıq".
Müsavat Partiyasının üzvü, müşahidəçi Eyvaz Quliyev seçki prosesində seçiciyə heç bir müdaxilənin olmadığını, qanunsuz hərəkətə yol verilmədiyini, səsvermənin şəffaf şəkildə getdiyini bildirdi. Bitərəf Firəngiz Rüstəmova, Validə Vəliyeva müşahidəçi olaraq səsverməyə nəzarət etdikləri müddətdə qanun pozuntusuna rast gəlmədiklərini qeyd etdilər.
Məntəqələrdə Beynəlxal təşkilatların nümayəndələrinin də fikirlərini öyrənmək istədik. ATƏT-in müşahidəçisi D.Amioo Claudio dedi:
-Seçkilər başlayandan indiyə qədər bir çox məntəqəyə baş çəkmişik. Sevindirici haldır ki, gəzdiyimiz məntəqələrdə seçki prosesi üçün çox rahat şərait yaradılmasının şahidi olmuşuq. Məntəqələrdə veb kameraların quraşdırılması seçkinin mütərəqqi üsulla aparılmasını göstərir. Dünyanın istənilən nöqtəsindən Azərbaycanda gedən seçkini bu kameraların köməyi ilə izləmək mümkündür. Seçiciləriniz fəaldır, məntəqələrdə qanun pozuntusu yoxdur, yerli müşahidəçiləriniz də çox diqqətlə bu prosesi izləyirlər. Məntəqələrdə demokratik ab-hava var.
ATƏT-in digər müşahidəçisi Babieri Emoronzio seçkinin gedişindən məmnunluğunu bildirdi. Olduqları məntəqələrdə seçkilərin yüksək səviyyədə keçirilməsini qeyd etdi. O dedi:
-Biz səsvermənin şəffaf keçməsini müşahidə etdik. Müşahidəçilər həm iqtidar, həm də müxalifət partiyalarını təmsil edirlər. Bunun özu seçkinin demokratik keçməsinin əyani sübutudur. Çox diqqətəlayiq haldır ki, Azərbaycanda səsvermə prosesi artıq Avropa standartlarına uyğun keçirilir. Bu, onu göstərir ki, ölkənizdə seçkiyə xüsusi diqqət və tələblə yanaşır, seçki prosesinin şəffaf keçməsi üçün lazım olan işləri məsuliyyətlə tamamlamağa çalışırlar. Buna görə də seçki prosesində heç bir gərginlik hiss olunmur, seçicilərin səs vermələri üçün demokratik şərait yaradılmışdır.{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında