9 noyabr Dövlət Bayrağı Günüdür

Dövlət İdarəçilik Akademiyasında Dövlət Bayrağı Günü qeyd edilmişdir
Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Dövlət Bayrağı Gününə həsr edilmiş təntənəli tədbir keçirilmişdir.
Tədbir Azərbaycanın dövlət himninin səslənməsi ilə başlanmışdır.
Akademiyanın tədris işləri üzrə birinci prorektoru, professor Əlikram Abdullayev təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu ali təhsil ocağının qazandığı uğurlardan, dövlət idarəçiliyi sahəsində ixtisaslaşan kadrların perspektiv imkanlarından, Prezident İlham Əliyevin dövlətçiliyimizin möhkəmlənməsində uğurlu fəaliyyətindən, dövlət atributlarımıza xüsusi diqqət və qayğısından danışmışdır.
Dövlətin atributlarından biri olan bayrağın müstəqilliyin, dövlətçiliyin və dövlət quruculuğunun rəmzi hesab olunmasından, sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının açılmasından və dünyanın ən uca bayrağının - Azərbaycan bayrağının təntənəli qaldırılmasından söhbət açılmışdır. Hər birimiz üçün tükənməz qürur mənbəyi olan üçrəngli bayrağımızın ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə təsis olunduğu, dövlət bayrağımızın indiyədək dəfələrlə dəyişdirildiyi, sovet imperiyasının əsarətindən qurtulandan sonra üçrəngli bayrağımızın yenidən bərpa olunduğu diqqətə çatdırılmışdır.
Professor Ə.Abdullayev Prezident İlham Əliyevin sərəncamı ilə hər il noyabrın 9-nun Azərbaycan Dövlət Bayrağı Günü kimi qeyd olunmasının məntiqli və ideoloji baxımdan əhəmiyyətli olduğunu vurğulamış, tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etmişdir.
Akademiyanın "Dövlət qulluğu və kadr siyasəti" kafedrasının dosenti Mustafa İsgəndərzadə və digər çıxış edənlər ümummilli lider Heydər Əliyevin "Bayrağı sevmək, onu uca tutmaq hər bir vətəndaşın borcudur" sözlərini xatırlatmış, dövlətimizin müqəddəs rəmzlərindən olan bayrağımızın doğma Qarabağımızda dalğalanmasını arzulamış, gənclərin bayrağa və digər dövlət rəmzlərinə hörmətlə yanaşmasının vacibliyini vurğulamışlar.
Əməkdar artist Azad Şükürovun və DİA Həmkarlar Komitəsi özfəaliyyət klubunun üzvü Fidan Sideifzadənin Azərbaycan bayrağı haqqında söylədikləri şeirlər iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.
Tədbir Prezident İlham Əliyevin Dövlət Bayrağı Meydanının açılış mərasimində çıxışından hazırlanmış videofilmin nümayişi ilə başa çatmışdır.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında