Parlament seçkiləri bir sıra yeniliklərlə əlamətdar olmuşdur

Noyabrın 7-də Azərbaycanda parlament seçkiləri bir sıra yeniliklərlə əlamətdar olmuşdur. Bu fikir noyabrın 8-də "Parlament-2010" Seçki Monitorinqi Koalisiyasının "Elektron Hökumət" sisteminin "Elektron səsvermə və ictimai rəyin öyrənilməsi" komponenti vasitəsilə parlament seçkilərində təşkil etdiyi elektron səsvermənin yekunları ilə bağlı keçirdiyi mətbuat konfransında səslənmişdir.
Koalisiyanın təmsilçisi Aydın Kərimov bildirmişdir ki, bu komponent Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat-Hesablama Mərkəzi tərəfindən elan olunmuş müsabiqə nəticəsində Koalisiyanın istifadəsinə verilmişdir. "Elektron səsvermə və ictimai rəyin öyrənilməsi" komponenti vətəndaşın qeydiyyatda olduğu ərazi üzrə Milli Məclisə seçkilərdə qeydiyyata alınmış namizədlərə elektron səsverməyə imkan yaratmışdır. Elektron səsvermə seçki günü saat 8.00-dan 19.00-dək www.e-secim2010.az internet ünvanında aparılmışdır.
Qeyd edilmişdir ki, ölkəmizdə ilk dəfə keçirilən elektron səsvermədə seçicilər fəallıq nümayiş etdirmişlər. Belə ki, seçki gününün sonunda, saat 19.00-da respublikanın bütün seçki dairələri üzrə elektron səs verənlərin ümumi sayı 25 min 442 nəfər olmuşdur.
Çıxış edən Koalisiyanın digər üzvləri də bildirmişlər ki, "Parlament -2010" Seçki Monitorinqi Koalisiyası 80 seçki dairəsində seçkilərin monitorinq və müşahidə missiyasını da həyata keçirmişdir. Bu işə 3 min 212 nəfər cəlb edilmişdir. Sonuncu məlumatlar Koalisiyaya saat 19.20-də daxil olmuşdur, həmin məlumatlara əsasən seçicilərin 49,8 faizi səsvermədə iştirak etmişdir. Gün ərzində Koalisiyanın açıq xəttinə 19 müraciət daxil olmuşdur. Müraciətlərdə qaldırılmış məsələlərin həllinə yardım göstərilmişdir.
Qeyd edilmişdir ki, müşahidəçilərin məlumatlarına əsasən seçkilərin nəticələrinə təsir edəcək hər hansı qanun pozuntusu qeydə alınmamışdır. Bu ilki parlament seçkiləri məntəqələrdə veb-kameraların quraşdırılması, geniş müşahidə şəbəkəsinin yaradılması, şikayətlərə baxılmasının operativliyi və digər xüsusiyyətlərə görə bir sıra yeniliklərlə əlamətdar olmuşdur.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında