Seçkilər beynəlxalq normalara uyğun keçirilmişdir

Noyabrın 7-də Azərbaycan Milli Məclisinə seçkilər tam demokratik, azad və şəffaf keçirilmişdir və beynəlxalq normalara cavab verir.
Bu fikir seçkilərin gedişini izləmiş Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) beynəlxalq müşahidə missiyasının noyabrın 8-də keçirdikləri mətbuat konfransında səslənmişdir.
Bildirilmişdir ki, seçkiləri yüksək səviyyədə keçirməklə Azərbaycan dövləti demokratik seçkilər keçirilməsi ilə bağlı beynəlxalq öhdəliklərə riayət etdiyini, eləcə də seçki prosesində bütün iştirakçıların seçki hüquq və azadlıqlarının təmin olunduğunu təsdiq etmişdir.
TürkPA müşahidə missiyasının üzvü, Türkiyə Böyük Millət Məclisinin deputatı Mustafa Kabakçı bildirmişdir ki, səfər çərçivəsində missiyanın üzvləri xarici işlər naziri Elmar Məmmədyarov və Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla da görüşmüşlər. Bu görüşlərdə müzakirə olunan məsələlər təkcə seçki sisteminin təkmilləşdirilməsi baxımından deyil, əlaqələrimizin daha da möhkəmlənməsi istiqamətində də mühüm əhəmiyyət kəsb etmişdir.
TürkPA-nın müşahidəçiləri Bakının Xəzər, Binəqədi və Nərimanov rayonlarında, həmçinin bölgələrdə məntəqələrin açılmasından başlayaraq bülletenlərin sayılmasına qədər bütün prosesi izləmişlər. Seçki məntəqələrində seçicilərin öz iradələrini sərbəst ifadə etmələri üçün bütün şərait yaradılmışdır. Bəzi seçki məntəqələrində yeni texnologiyaların tətbiqi sayəsində səsvermə prosesini canlı olaraq internet vasitəsilə də izləmə imkanı yaradılmışdır. Seçicilərə səsvermədə birbaşa və ya dolayı təsir faktları qeydə alınmamışdır. Seçki komissiyalarının işinə müdaxilələr olmamış, "exit-poll" keçirilməsinə şərait yaradılmışdır.
Qazaxıstan parlamentinin üzvü Amangəldi Momişev də seçkiləri yaxından izlədiklərini, beynəlxalq müşahidəçilərə hər cür şərait yaradıldığını diqqətə çatdırmışdır.
Sonda müşahidə missiyasının üzvləri jurnalistləri maraqlandıran sualları cavablandırmışlar.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında