GUAM-ın müşahidə missiyası: Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlara, o cümlədən ATƏT və Avropa Şurası qarşısında götürülən öhdəliklərə uyğun keçmişdir

Noyabrın 8-də GUAM-ın müşahidə missiyası Azərbaycanda keçirilmiş parlament seçkilərinə dair bəyanat yaymışdır.
Bəyanatda bildirilir ki, GUAM-ın müşahidə missiyası Azərbaycanda noyabrın 7-də keçirilmiş parlament seçkilərini izləmək üçün dəvət almışdır. Missiyanın üzvləri Bakıda 15, 16, 34 və 36 saylı seçki dairələrinin ərazisindəki 27 seçki məntəqəsində müşahidə aparmışlar.
Sənəddə vurğulanır ki, Azərbaycanda parlament seçkiləri beynəlxalq standartlara, o cümlədən ATƏT və Avropa Şurası qarşısında götürülən öhdəliklərə, milli qanunvericiliyə, Mərkəzi Seçki Komissiyasının hazırladığı qaydalara və prosedurlara uyğun keçirilmişdir. Ümumi seçki prosesinə gəldikdə isə GUAM-ın müşahidə missiyasının ciddi iradları yoxdur. Azərbaycanda keçirilmiş parlament seçkilərini azad və ədalətli seçkilər kimi qiymətləndirmək olar.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında