Vasili MORDAŞOV: "Seçkilərin şəffaf şəraitdə keçdiyinin şahidi olduq"

Naxçıvan Muxtar Respublikasında seçki prosesini bir neçə beynəlxalq təşkilatın müşahidəçi missiyası izləyir. Bunlardan biri də MDB-nin seçki müşahidə missiyasıdır. Naxçıvan şəhərindəki 4-30 və 31-3 saylı məntəqələrdə müşahidə missiyasının rəhbəri Vasili Mordaşovla görüşdük və seçkilərin gedişi ilə bağlı fikirlərini öyrəndik. Müsahibimiz söhbət zamanı bunları demişdir:
- Biz seçki prosesini izləmək üçün Naxçıvana gələrkən seçkilərin bu qədər yüksək səviyyədə keçiriləcəyinə inanmırdıq. Ancaq, seçkini izləyərkən yüksək səviyyədə, demokratiya və şəffaflıq şəraitində keçirildiyinin şahidi olduq. Seçkilər başlanan ilk saatdan etibarən biz artıq bir neçə məntəqədə olduq və seçkilərin keçirilməsi üçün necə gözəl şəraitin yaradıldığını gördük. Bunun üçün yeni binalar ayrılmış, müasir avadanlıq quraşdırılmış, komissiya üzvləri maarifləndirilmişdir. Mən Naxçıvandakı məntəqələrdə quraşdırılan vebkameraları da gördüm. Bu, çox mütərəqqi haldır. Dünyanın istənilən yerində seçki prosesini izləmək mümkündür. Seçicilərin fəallığı isə göz qabağındadır. Bilirsiniz, mən bir çox ölkələrdə seçki prosesini müşahidə etmişəm. Naxçıvandakı seçici fəallığını çox az ölkədə görmüşdüm. Əhali axın-axın gələrək səsvermədə iştirak edir. Bütün bunlar şəxsən məni çox heyrətləndirmişdir. İnanıram ki, təkcə bizim missiyamız deyil, Naxçıvanda müşahidə aparan bütün qruplarda da təəssüratlar və hesabatlar eyni olacaqdır. Sözsüz ki, bu hesabatlarda Naxçıvanda keçirilən seçkilər haqqında yaxşı məlumatlar yer alacaqdır. Muxtar respublikada keçirilən seçkilərə dövlət tərəfindən yaradılan şərait isə nəinki respublikanın digər bölgələrinə, hətta bütün MDB ölkələrinə də nümunə ola bilər. Mən bunu tam məsuliyyətlə deyirəm.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında