Aleksey VLASOV: Parlament seçkilərini sakit mühitdə və demokratik prinsiplər əsasında keçirdiyi üçün Azərbaycanı yalnız təbrik etmək olar

Parlament seçkilərini sakit mühitdə və demokratik prinsiplər əsasında keçirdiyi üçün Azərbaycanı yalnız təbrik etmək olar.
Bu fikri müsahibəsində, "Vesti Kavkaza" informasiya agentliyinin baş redaktoru, müstəqil müşahidəçi qismində Azərbaycanda keçirilən parlament seçkilərini izləyən Aleksey Vlasov söyləmişdir.
MDB ölkələrinin bir çoxunda keçirilən seçkilərdə müşahidəçi qismində böyük təcrübəsi olduğunu deyən A.Vlasov Azərbaycanda təşkil olunan parlament seçkilərində 2 məqamı xüsusilə vurğulamışdır. İlk növbədə, digər ölkələrdən fərqli olaraq, Azərbaycanda seçkilər çox sakit mühitdə keçirilmişdir. Bundan əlavə, məni ən çox sevindirən məqam o oldu ki, artıq səhər saatlarından məntəqələrdə seçici fəallığı müşahidə olunurdu.
A.Vlasov seçkilərin beynəlxalq təşkilatların hüquq və normalarına uyğun keçirildiyini xüsusi vurğulamışdır. O demişdir ki, namizədlər arasında rəqabətin çox yüksək olmasına baxmayaraq, Azərbaycanda seçkilər səmimi və dostluq şəraitində keçir. Hesab edirəm ki, buna görə Azərbaycanı təbrik etmək lazımdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında