Yanuş RAXON: Səsvermənin gedişində qanun pozuntusuna rast gəlmədim

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçilər qrupunun üzvü polyak Yanuş Raxon seçkilərin gedişini müşahidə etmək üçün noyabrın 7-də 112 saylı Qax seçki dairəsinin bir neçə seçki məntəqəsində olmuşdur.
AzərTAc-ın müxbirinin seçkilərin gedişi ilə bağlı sualını cavablandıran Y.Raxon bildirmişdir:
- Mən Azərbaycanda ilk dəfədir ki, oluram. Ölkəniz, eləcə də bu region barədə təəssüratım çox yüksəkdir. Qax rayonuna səfərimdən də çox məmnunam. İndiyədək şəhərdəki 1, 2, 3 və 4 nömrəli, habelə Qax-İngiloy kəndindəki 14, 15, 16 və 17 nömrəli seçki məntəqələrində səsvermənin gedişini müşahidə etmişəm. Açığını deyim ki, seçkilərin nəticəsinə təsir göstərəcək elə bir ciddi qanun pozuntusuna rast gəlmədim. Seçki məntəqələri yüksək səviyyədə təşkil olunmuşdur. Bəzi məntəqələrdə vebkameralar quraşdırılmışdır. Yerli müşahidəçilər də səsvermənin gedişindən razılıq edirlər. Bu, çox yaxşıdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında