Estoniya MSK-nın üzvü Tellomon Kadri: Seçki məntəqələrində səsvermə prosesinin Avropa dəyərlərinə uyğun keçirildiyinin şahidi oldum

Məntəqələrdə seçki prosesinin normal, Avropa dəyərlərinə uyğun keçirildiyinin şahidi oldum.
Bu sözləri Azərbaycanda parlament seçkilərinin gedişini müşahidə edən Estoniyanın Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü xanım Tellomon Kadri demişdir.
T.Kadri bildirmişdir ki, vətəndaşlar sərbəst şəkildə səsverməyə gələrək öz istədikləri namizədə səs vermişlər. Bu, demokratik mühitin inkişafı üçün vacib amildir.
Müşahidəçilərin çoxluğunu isə təəccüblə qarşılayan estoniyalı nümayəndə demişdir ki, Estoniyada bir məntəqədə müşahidəçilərin sayı 3-4 nəfərdən artıq olmur. Azərbaycanda isə məntəqələrdə 8-12 müşahidəçinin olduğunu gördüm.
Beynəlxalq müşahidəçi seçki prosesini izləmək üçün texniki avadanlıqdan istifadə edilməsinin vacib olmadığını vurğulamışdır: "Sizdə normal seçkinin keçirildiyini gördüm. Fikrimcə, vebkameraların məntəqələrdə quraşdırılması elə də vacib deyil. Estoniyada belə texniki vasitədən istifadə edilmir. Seçkilər adi səsvermə şəklində aparılır".{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında