AŞPA missiyasının rəhbəri Pol Ville: Azərbaycan demokratikləşmənin düzgün yolundadır

Azərbaycanda seçki prosesi bundan əvvəlki illərlə müqayisədə daha sakit şəraitdə keçir və bu, demokratikləşmənin düzgün yoludur. AŞPA müşahidə missiyasının rəhbəri Pol Ville belə hesab edir.
"Mən seçkilərdə ciddi problemlər haqqında eşitməmişəm, - Ville "Trend" agentliyinə bildirib. - Azərbaycan, həqiqətən də, demokratikləşmə yolunda duran ölkədir".
Dünən Azərbaycanda Milli Məclisin yeni tərkibinin müəyyənləşdirilməsi üçün seçkilər keçirilib. MSK-nın məlumatına görə, seçkidə 690 namizəd mübarizə aparıb. Səsvermə yerli vaxtla səhər saat 8:00-da başlayıb və saat 19:00-da başa çatıb.
Azərbaycanda hazırki parlament seçkiləri ölkənin 2001-ci ildə Avropa Şurasına üzv seçilməsindən sonra ikincidir. Səsvermənin gedişini 21 təşkilatı təmsil edən 1029 beynəlxalq müşahidəçi müşahidə edir.
Belçikalı Pol Villenin başçılıq etdiyi AŞPA-nın qısamüddətli müşahidə missiyası 30 nəfərdən ibarətdir. Missiyanın üzvləri təkcə paytaxtın deyil, Azərbaycanın bütün regionları üzrə bölüşüblər. Onun tərkibinə AŞPA-nın Azərbaycan üzrə yeni həmməruzəçisi Pedro Aqramunt və AŞPA-nın siyasi məhbuslar üzrə xüsusi məruzəçisi Kristof Ştrasser də daxildir.
"Biz yalnız müşahidə edirik, biz hakim deyilik, - Ville bildirib. - Texniki baxımdan Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin təşkili beynəlxalq standartlara cavab verir".
Onun fikrincə, namizədlərin qeydiyyatı prosesi problem olaraq qalır ki, bu da müxalifət tərəfindən istifadə oluna bilər. Lakin, Ville qeyd edib ki, müxalifət düşərgəsi seçkiqabağı müzakirələrdə öz proqramını təqdim etməyib. "Onlar vətəndaşlara real təkliflər verməyiblər, öz proqramları barədə heç nə danışmayıblar", - o deyib.
Beş nəfərdən ibarət AŞPA-nın uzunmüddətli missiyası oktyabrın 19-dan 20-dək seçkiqabağı kampaniyanın gedişi ilə bağlı müşahidə aparıb.{nl}

Paşa ƏMİRCANOV, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında