"ELS" Müstəqil Araşdırmalar Mərkəzi Milli Məclisə seçkilərdə "exit-poll"un ilkin nəticələrini açıqlamışdır

Noyabrın 7-də Milli Məclisə seçkilərdə "exit-poll"u həyata keçirən "ELS" Müstəqil Araşdırmalar Mərkəzi ilkin nəticələri açıqlamışdır.
Mərkəzin sədri İradə Yaqubova "exit-poll"un 118 seçki dairəsinin 1180 məntəqəsində uğurla keçirildiyini bildirmişdir. İlk dəfə olaraq nəticələrin ötürülməsində müasir texniologiyalardan istifadə olunmuşdur. Məlumatların 89 faizi mobil telefon və internet vasitəsilə ötürülmüşdür. Respondentlərə verilən anketlər tam məxfi doldurulmuşdur. Bu, həm vaxta qənaət edilməsinə, həm də nəticələrin tez hesablanmasına şərait yaratmışdır. Ümumiyyətlə, mərkəz artıq dördüncü dəfədir ki, "exit-poll" keçirir.
İ.Yaqubovanın sözlərinə görə, "exit poll"un keçirilməsi həm deputatlığa namizədlərin, həm seçicilərin, həm də KİV nümayəndələrinin diqqət mərkəzində idi. Azərbaycan ilk ölkədir ki, "exit-poll"un keçirilməsində bu cür müasir texnologiyalardan istifadə etmişdir. Gələcəkdə bütün məlumatlar internet vasitəsilə ötürüləcəkdir.
"Exit poll"un keçirilməsi ilə təqribən 3 min nəfər məşğul olmuşdur. Respondentlərin sayı isə 200 mindən çoxdur. Yekun nəticə noyabrın 8-də açıqlanacaqdır.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında