Ali Məclisin sədri 4-15 və 29-1 saylı seçki məntəqələrində səs vermişdir

Dördüncü çağırış Azərbaycan Respublikasının Milli Məclisinə və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilər öz mütəşəkkilliyi, seçici fəallığı ilə seçilir.
Muxtar respublikada həm Milli Məclisə, həm də Naxçıvan Ali Məclisinə seçkilər üzrə 316 seçki məntəqəsi yaradılmış, vahid seçici siyahıları təsdiq olunmuşdur. Naxçıvanda 256 min 304 nəfər səsvermə hüququna malikdir. Bu, ötən il bələdiyyə seçkilərində iştirak edən seçicilərin sayından 17 min 706 nəfər çoxdur.
Seçki məntəqələrində yerli müşahidəçilərlə yanaşı, beynəlxalq təşkilatların nümayəndələri də seçki prosesini izləmişdir. Xarici müşahidəçilər ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun, MDB-nin, Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin müşahidə missiyasının nümayəndələridirlər. Qazaxıstanın Mərkəzi Seçki Komissiyasının sədri Kuandik Qurbankuliyev də Naxçıvanda keçirilən seçki prosesini izləmişdir.
Heydər Əliyev adına məktəbin binasında yerləşən 4-15 və 29-1 saylı seçki məntəqələrində seçicilər daha yüksək mütəşəkkillik göstərmişlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ailəsi ilə birlikdə 4-15 saylı seçki məntəqəsində Azərbaycan Respublikasının Milli Məclisinə, 29-1 saylı seçki məntəqəsində isə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə keçirilən seçkilərdə səs vermişdir.{nl}

AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında