Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev 29 saylı Səbail seçki dairəsinin 7 nömrəli seçki məntəqəsində səs vermişdir

Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev 29 saylı Səbail seçki dairəsinin 7 nömrəli seçki məntəqəsində səs vermişdir.
Administrasiyanın rəhbəri Ramiz Mehdiyev mətbuata verdiyi müsahibəsində demişdir ki, seçkilər sabit və sakit şəraitdə keçir. Beynəlxalq müşahidəçilərin açıqlamalarında da müsbət rəyin formalaşdığını bildirən R.Mehdiyev demişdir: "Hesab edirəm ki, vəziyyət çox yaxşıdır. Bunu təkcə mən demirəm, seçkilərin gedişini xarici müşahidəçilər, o cümlədən Avropa İttifaqının parlament nümayəndələri çox yüksək qiymətləndirirlər. Dünən də bizim onlarla görüşümüz olub. Onlar da buna çox yüksək qiymət verirlər ki, Azərbaycanda sabitlik yaranıb, seçkilərə hazırlıq işləri yüksək səviyyədə aparılıb. Bu gün də həqiqətən çox sakit, normal seçki keçirilir".
Dördüncü çağırış Milli Məclisə seçkilərin nəticələri ilə bağlı sualı cavablandıran akademik R.Mehdiyev demişdir: "Nəticələr keyfiyyətcə daha yüksək olacaqdır. Hər parlament seçkilərində biz yeni-yeni nailiyyətlər əldə edirik, parlamentə yeni təfəkkürə malik insanlar gəlirlər. Güman edirəm ki, bu dəfə də belə olacaqdır. Hər halda, namizədlərin tərkibi belə deməyə əsas verir".
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında