DSMF tərəfindən son üç ayda daha 42 059 vətəndaşa fərdi şəxsi hesab açılıb

"2009 - 2015- ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq məcburi dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiqi dairəsini genişləndirmək məqsədilə tədbirlər davam etdirilməkdədir. Belə ki, 2010- cu ilin birinci rübündə Dövlət Sosial Müdafiə Fondu tərəfindən əlavə olaraq 42 059 sığortaolunana fərdi şəxsi hesab açılmışdır.
Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan məlumat vermişlər ki, 2010- cu il aprelin 1- nə olan statistikaya əsasən, Azərbaycanda fərdi şəxsi hesabı olan sığortaolunanların sayı 1 681 988 nəfərə çatmışdır. DSMF- in fərdi uçot sistemində fərdi şəxsi hesabı olan sığortaolunanların 926 188 nəfəri kişi, 755 800 nəfəri isə qadındır. Fərdi şəxsi hesabı olanlar arasında yaşları 40 -dan 50 -yə qədər olan sığortaolunanlar üstünlük təşkil edir. Göstərilən yaş kateqoriyalarına aid olan vətəndaşlar ümumi sığortaolunanların 447 172 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 367 471 nəfərdir. 30 yaşdan 40 yaşa kimi sığortaolunanların sayı 377 406 nəfər, 50 ilə 60 yaş arasında sığortaolunanların sayı isə 343 340 nəfərdir. Ümumi sığortaolunanların 146 599 nəfərinin yaşı isə artıq 60- ı ötmüşdür.
Xatırladaq ki, fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. Qeyd etmək yerinə düşər ki, 2006 -cı il yanvarın 1-dən ölkəmizdə "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu tətbiq olunur. Hazırda qüvvədə olan həmin qanuna əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında