Masallı: imtiyazlı şəxslərin sosial müdafiəsi güclənir

Ölkə iqtisadiyyatının inkişafının ilbəil sürətlənməsi sosial sahənin də tərəqqisinə güclü impuls verir, əhalinin aztəminatlı təbəqələrinə dövlət qayğısı daha da artırılır. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası il əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yerlərdə məqsədyönlü tədbirlər həyata keçirilir.
Masallı rayonunda istər "Ünvanlı Dövlət Sosial Yardımı haqqında" Qanuna, istərsə də "Şəhid ailəsi" üçün təqaüdün təsis edilməsi haqqında qanuna və nazirliyin təlimatlarına uyğun olaraq, vətəndaşların sosial müdafiəsi üçün bütün tədbirlər görülür. Cari ilin doqquz ayı ərzində rayonda əhalinin sosial müdafiəsi mərkəzi üzrə dövriyyədə 5217 sosial müavinət işi üzrə və təqaüd alanlara ayda 243317 manat həcmində vəsait ödənilmişdir. O cümlədən, əlilliyə görə 2310 nəfər, ailə başçısını itirən 381 nəfər, sağlamlıq imkanları məhdud olan 1292 nəfər, güzəştli uşaq müavinəti üzrə 159 nəfər, Prezident təqaüdü üzrə 432 nəfər müavinət almışdır. İlin əvvəlindən ünvanlı sosial yardıma görə 3005 ailə müraciət etmiş, onlardan 2919 ailənin sənədləri qeydiyyata alınmışdır. Müvafiq komissiya 2895 ailəyə ünvanlı sosial yardım təyinatı aparmışdır. Sentyabrın 1-dən şəhid ailələrinə verilən Prezident təqaüdləri 50 faiz artırılmışdır.
Son vaxtlar Masallı rayon rəhbərliyinin dəstəyi ilə ƏSMM tərəfindən imtiyazlı şəxslərin əksər problemlərinin həllinə nail olunmuşdur. Onlarla ahıl və tənha sakinə, müharibə veteranına əlil arabası, eşitmə aparatı, xüsusi yataq ləvazimatı verilmişdir. Ötən on ayda mərkəz, işləməyən müxtəlif kateqoriyalı 45 nəfərin müalicə və sosial reabilitasiyasını təşkil etmişdir.
Sentyabr ayında nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzinin səyyar briqadasının köməyi ilə Masallıda ətrafları amputasiya olunmuş 51 vətəndaş protezlə təmin edilmişdir. Rayon ƏSMM nazirliyin verdiyi 15 ədəd əl arabasını icra hakimiyyətinin köməyi ilə dayaq-hərəkət sistemi tamamilə pozulmuş və ya hər iki ayağı amputasiya olunmuş əlil vətəndaşlara ünvanlarındaca çatdırmışdır. Başda mərkəzin direktoru Rəfael Mahmudov olmaqla kollektivin bütün üzvləri bu xeyirxah işdə böyük həvəslə çalışmış, ən xoş sözlərlə əllillərin könüllərini sevindirmişlər.
Rayon sakini, 1-ci qrup yataq əlili Olqa Korennaya arabanı təhvil alarkən ölkə rəhbərliyinə dərin minnətdarlığıni bildirmişdir. Rayonun ayrı-ayrı kəndlərində yaşayan digər əlil vətəndaşlar da hədsiz razılıqlarını ifadə etmişlər. Onlar qeyd etmişlər ki, hər zaman diqqət və qayğı görürlər. Mərkəzin 20 nəfərlik heyəti olan Sosial Məişət Xidməti sektoru da daim onlara yardımçı olur. Bundan başqa, bütün bayramlarda adları sovqatla anılır, Masallı rayon rəhbərliyi hər birini təbrik edir, problemlərinin həllinə, dava-dərman təchizatına köməklik göstərir.
Mərkəzin direktoru Rəfael Mahmudov bizimlə söhbətində dedi ki, qayğı uman vətəndaşlara diqqətin artırılması onları ruhlandırır. Məmurların xoşagəlməz hərəkətləri ilə bağlı yuxarı dövlət orqanlarına ərizə və şikayətlərin yazılmasını minimuma endirir. Masallı rayonunda belə şikayətlər, demək olar ki, tam azalmışdır. Adamların inam və etibarını qazanmağı başlıca şərt sayırıq. Gərək elə edək ki, hər kəs dövlət qayğısından yetərincə yararlana bilsin.
Milli Məclisə növbəti seçkilər ərəfəsində sosial müdafiə orqanı xəttilə bir daha sevindirilən imtiyazlı vətəndaşlar səsvermədə həvəslə iştirak edəcəklərini və ölkəmizin daha firavan sabahına səs verəcəklərini xüsusi vurğulamışlar.

{nl}

Əli NƏCƏFXANLI, "Xalq qəzeti"nin bölgə müxbiri.

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında