İğdırda ermənilərin cinayətkar əməlləri ilə bağlı "Vicdan məhkəməsi" adlı tamaşa göstərilmişdir

Türkiyənin İğdır vilayətində fəaliyyət göstərən əsassız erməni iddiaları ilə mübarizə dərnəyinin üzvləri İğdırın Zübeydə xanım bulvarında açıq səma altında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı dəhşətli cinayətlər törətmiş erməni rəhbərlərin mühakimə olunmasını əks etdirən "Vicdan məhkəməsi" adlı tamaşa nümayiş etdirmişlər.
Tamaşada ermənilər tərəfindən öz doğma yurd-yuvalarından didərgin salınmış azərbaycanlıların faciəsini və 1992-ci il fevralın 26-da Xocalıda dinc əhaliyə qarşı törədilmiş soyqırımı dəhşətlərini əks etdirən səhnələr göstərilmişdir.
Dərnəyin sədri Göksel Gülbey demişdir: "Biz hamımız azərbaycanlıyıq, hamımız xocalılıyıq. Ermənilərin Xocalıda qətlə yetirdikləri 613 günahsız insanın fəryadı hələ də qulaqlardadır. O insanların istədikləri yalnız ədalətdir. Xocalı soyqırımını törədənlər mühakimə edilməlidirlər".
Tamaşanı seyr edənlər azərbaycanlılara və türklərə qarşı törədilən soyqırımı və digər terror aksiyaları barədə fikirlərini bölüşmüş və bildirmişlər ki, erməni cəlladları və onların havadarları layiq olduqları cəzanı almalı, Xocalı soyqırımını törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidirlər.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında