Türkiyənin Azərbaycandakı səfirliyində "Pakistana yardım əli" xeyriyyə aksiyası

Noyabrın 6-da Türkiyənin Azərbaycandakı səfirliyində "Pakistana yardım əli" xeyriyyə aksiyası keçirilmişdir.
Tədbirdə Türkiyənin məşhur modelyeri Əhməd Özceyhanın "Azərbaycan" və tanınmış modelyer, Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın "Türkiyə" adlı kolleksiyaları nümayiş etdirilmişdir.
İndiyədək bir çox ölkələrdə nümayiş olunan kolleksiyalar - zərli saplarla işlənmiş kostyumlar, gümüşü qaşlarla bəzək vurulmuş gündəlik və gecə paltarları, əllə toxunmuş üst geyimləri, milli naxışlarla bəzədilmiş qadın geyimləri paytaxt tamaşaçılarına göstərilmişdir.
Hər iki modelyer tədbirin xeyriyyə məqsədi daşımasından qürur duyduqlarını vurğulamışdır.
Türkiyənin Azərbaycandakı səfirinin xanımı Günay Kılıç bildirmişdir ki, xeyriyyə tədbiri Pakistanda müalicə müəssisəsinin inşasına dəstək məqsədilə keçirilir. G.Kılıç qeyd etmişdir ki, insanların bir-birinə yardım göstərməsi həm dini, həm də insanlıq baxımından vacibdir. Tədbirdə xeyriyyə məqsədi ilə lotereya da oynanılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında