Pakistanın nüfuzlu "İttehad" qəzeti AzərTAc-la əməkdaşlığı genişləndirmək niyyətindədir

Dəfələrlə Azərbaycan haqqında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmiz üçün gördüyü böyük işlər barədə xüsusi reportajlar hazırlamış Pakistanın nüfuzlu "İttehad" qəzetinin redaktoru Tahir Faruq noyabrın 6-da Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) olmuşdur.
Artıq ikinci dəfədir ki, Bakıya səfərə gələn Tahir Faruq agentliyin baş direktoru Aslan Aslanov ilə görüşdə təmsil etdiyi qəzetin AzərTAc-la əlaqələrini daha da genişləndirmək niyyətində olduğunu demişdir.
Azərbaycan kimi sürətlə inkişaf edən bir müsəlman ölkəsinin əldə etdiyi uğurların xarici mətbuatda mütəmadi işıqlandırılmasının vacibliyini qeyd edən Tahir Faruq bildirmişdir ki, "İttehad" qəzeti bu işdə AzərTAc-ın xəbərlərindən daha geniş istifadə etmək istəyir.
Görüşdə AzərTAc-la "İttehad" qəzeti arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi barədə razılıq əldə olunmuşdur.
Xatırladaq ki, Tahir Faruq Azərbaycanın görkəmli şəxsiyyətlərinə həsr olunmuş kitabı urdu dilinə tərcümə etmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında