Böyük Britaniyadakı soydaşlarımız Dağlıq Qarabağın Dünya Səyahət Sərgisində müstəqil ölkə kimi təmsil olunmasına etiraz edirlər

Noyabrın 8-11-də Londonda keçiriləcək Dünya Səyahət Sərgisinə (World Travel Market) ermənilərin işğal etdikləri Dağlıq Qarabağın müstəqil bir ölkə kimi qatılmasına çalışması Böyük Britaniyada yaşayan soydaşlarımızın etirazına səbəb olmuşdur.
Soydaşlarımız sərginin təşkilatçılarına yüzlərlə məktub göndərərək Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal edildiyini bildirmişlər. Dağlıq Qarabağın separatçı rejim tərəfindən nəzarətdə saxlanıldığını vurğulayan həmvətənlərimiz, münaqişə dövründə minlərlə azərbaycanlının qətlə yetirildiyini, 1 milyondan çox soydaşımızın öz doğma torpaqlarından didərgin düşdüyünü, işğal edilmiş torpaqlarda etnik təmizləmə siyasəti aparıldığını, tarixi-mədəni abidələrin dağıdıldığını bildirmişlər.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında