Milli Məclisə seçkilərə hazırlıq başa çatmışdır

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilərlə bağlı mətbuat konfransı olmuşdur.
M.Pənahov bildirmişdir ki, MSK Seçki Məcəlləsinin tələblərinə əsasən seçici siyahılarının dəqiqləşdirilməsi prosesini başa çatdırmış, siyahıların dürüstləşdirilmiş son variantı Mərkəzi Seçki Komissiyasının internet səhifəsində yerləşdirilmişdir. Eyni zamanda, siyahılar seçicilərin tanış olmaları üçün seçki məntəqələrində asılmışdır. Azərbaycanda 4 milyon 900 minə yaxın seçici vardır. Adları seçici siyahısında olmayan seçicilər aşağı seçki komissiyalarına müraciət edərək qanun çərçivəsində səs verə biləcəklər.
MSK sədri bildirmişdir ki, seçkilərin demokratik, azad və şəffaf keçirilməsi üçün dairə və məntəqə seçki komissiyalarının, hüquq-mühafizə orqanlarının, KİV nümayəndələrinin iştirakı ilə treninqlər, görüşlər, seminarlar keçirilmişdir. Seçkilərlə əlaqədar xüsusi təlimatlar, yaddaş kitabçaları və digər məlumat topluları hazırlanaraq çap edilmişdir.
Milli Məclisə seçkilər 125 dairə üzrə 5314 seçki məntəqəsində keçiriləcəkdir. Səsverməni keçirmək və səsləri hesablamaq üçün dairə və məntəqə seçki komissiyalarında bütün lazımi şərait yaradılmışdır.
Milli Məclisə bu seçkilərdə 690 nəfər namizəd iştirak edəcəkdir.
Seçkiləri izləmək üçün bu günədək ümumilikdə 46639 yerli müşahidəçi qeydiyyatdan keçmişdir. Bütün respublika ərazisində müşahidə aparmaq niyyəti ilə MSK tərəfindən 3466, DSK-lar tərəfindən isə 43173 müşahidəçi qeydiyyatdan keçmişdir.
MSK-da 1029 beynəlxalq müşahidəçi akkreditə olunmuşdur. Onlar 48 ölkəni və 21 beynəlxalq (xarici) qurumu təmsil edir ki, buraya Avropa Şurası Parlament Assambleyası, Avropa İttifaqı, Avropa Parlamenti, Türkdilli Ölkələrin Parlament Assambleyası, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, Müstəqil Dövlətlər Birliyi, GUAM, eləcə də ABŞ, Böyük Britaniya, Qazaxıstan, Norveç, Bolqarıstan, Polşa, Yaponiya, Finlandiya və Belçika səfirlikləri, Avropa Seçki Müşahidə Akademiyası, Qazaxıstanın Mərkəzi Seçki Komissiyası və "Vestnik Qafqaz" analitik informasiya agentliyi daxildir.
Səsvermə prosesi ilə bağlı beynəlxalq ictimaiyyəti vaxtaşırı məlumatlandırmaq üçün İTAR-TASS, Röyters, Bi-Bi-Si, Əl-Cəzirə, TRT, Assoşieyted Press, Frans Press, EPA, Anadolu, İhlas Xəbər, Doğan Xəbər, Daily İttehad, Sinxua agentlikləri, "Zi nyus" qəzeti, GPB (Gürcüstan İctimai Televiziyası), "Stoliçnoye" TV, İran TV, "Oqonyok" jurnalı da daxil olmaqla 18 xarici kütləvi informasiya vasitəsindən 43 beynəlxalq KİV təmsilçisi MSK-da akkreditə olunmuşdur. Yerli KİV nümayəndələri üçün heç bir qeydiyyat tələb olunmur.
Səsvermə prosesini seçki məntəqələrindən kənarda canlı izləmək üçün seçki məntəqələrinin 500-də veb-kameralar quraşdırılmışdır.
Səsvermə 2010-cu il noyabrın 7-də saat 8.00-da başlayacaq, saat 19.00-da isə seçki məntəqələri bağlanacaqdır.
Seçkilərlə əlaqədar "Qaynar xətt" də yaradılmışdır, hər bir şəxs 115 nömrəli telefona zəng vurmaqla arzu, istək və iradlarını bildirmək imkanına malikdir.
Seçicilərin fəallığı barədə gün ərzində 5 dəfə ictimaiyyətə məlumat veriləcəkdir.
Sonda jurnalistlərin sualları cavablandırılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında