Mərkəzi Seçki Komissiyasında Rusiya nümayəndə heyəti ilə görüş olmuşdur

Noyabrın 6-da Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının üzvü Yelena Dubrovinanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Komissiyanın mətbuat xidmətindən bildirmişlər ki, sədr M.Pənahov Mərkəzi Seçki Komissiyası tərəfindən seçkilərin müşahidə edilməsinə böyük əhəmiyyət verildiyini bildirmiş və rusiyalı həmkarlarının da Azərbaycanda keçirilən seçkilərdə müşahidəçilik etməsindən məmnun olduğunu bildirmişdir.
Y.Dubrovina Azərbaycanda seçkiqabağı vəziyyət barədə məlumat verilməsini xahiş etmişdir.
M.Pənahov Mərkəzi Seçki Komissiyasının seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı həyata keçirdiyi tədbirlərdən ətraflı danışmış və seçki qurumlarının səsverməyə tam hazır olduğunu, seçicilərin aktiv seçki hüquqlarının reallaşdırılması üçün bütün şəraitin yaradıldığını söyləmişdir.
Görüşdə iki ölkənin ali seçki qurumlarının əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi də aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında