Mərkəzi Seçki Komissiyasında TürkPA nümayəndə heyətinin üzvləri ilə görüş olmuşdur

Noyabrın 6-da Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Milli Məclisə keçirilən seçkilərdə müşahidə aparmaq üçün Azərbaycana gəlmiş Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) nümayəndə heyətinin üzvləri ilə görüşmüşdür.
Komissiyanın mətbuat xidmətindən bildirmişlər ki, nümayəndə heyətinin rəhbəri Sarıaslan Kurşad Melih qardaş ölkədə seçkiləri müşahidəçilikdən məmnun olduqlarını söyləmiş, Azərbaycanın seçki sistemi, seçki qurumlarının təşkili prinsipləri və fəaliyyət istiqamətləri barədə məlumat verilməsini xahiş etmişdir.
MSK sədri qardaş ölkələrdən olan müşahidəçiləri salamlamaqdan şad olduğunu bildirmiş, qonaqlara Azərbaycandakı seçki sistemi, seçki institutlarının fəaliyyəti və Milli Məclisə seçkilərlə bağlı ətraflı məlumatlar vermişdir. Sədr M.Pənahov bildirmişdir ki, seçki məntəqələri səsverməyə tam hazırdır. Seçicilərin maarifləndirilməsi ilə bağlı mühüm işlər görülmüşdür. Mərkəzi Seçki Komissiyası tərəfindən hazırlanmış səsvermə prosedurları və səsverməyə çağırış məzmunlu videoçarxlar ölkə telekanallarının efirində mütəmadi olaraq yayımlanır. Səsvermənin yeri və vaxtı barədə bildirişlər hazırlanaraq seçicilərə çatdırılmışdır. Səsvermə günü ilə bağlı müxtəlif məzmunlu plakatlar hazırlanaraq əhalinin sıx olduğu yerlərdə asılmışdır. Bu günədək 48 mindən çox müşahidəçi qeydə alınmış, 500 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdır.
M.Pənahov seçki prosesinə hazırlıqla bağlı qonaqları maraqlandıran digər sualları da cavablandırmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında