Mərkəzi Seçki Komissiyasında MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun üzvləri ilə görüş olmuşdur

Noyabrın 6-da Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov MDB Parlamentlərarası Assambleyasının müşahidəçilər qrupunun əlaqələndiricisi, Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurası sədrinin müavini Svetlana Orlovanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, qonaqları salamlayan sədr M.Pənahov ölkənin seçkilərə tam hazır olduğunu bildirmiş və seçkiqabağı vəziyyət barədə məlumat vermişdir. O, Milli Məclisə seçkilərlə bağlı şəffaflığın təmin edildiyini söyləyərək 48 mindən çox yerli, 1029 nəfər beynəlxalq müşahidəçinin akkreditasiyadan keçdiyini, KİV-lərə informasiya toplamaq üçün bütün şəraitin yaradıldığını diqqətə çatdırmışdır. MSK sədri seçicilərin və aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsi, seçki məntəqələrinin hazırlıq səviyyəsi barədə qonaqları məlumatlandırmışdır.
S.Orlova artıq beşinci dəfədir ki, müşahidəçi kimi Azərbaycanda olduğunu qeyd etmiş və ölkənin seçki praktikasının ildən-ilə təkmilləşdiyini vurğulamışdır. O, Milli Məclisə seçkilərin hazırlanıb keçirilməsi ilə bağlı görülən işləri yüksək qiymətləndirmişdir.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında