Dövlət Yanğın Nəzarəti Xidməti seçki məntəqələrində yanğın təhlükəsizliyi tədbirləri keçirmişdir

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti noyabrın 7-də Milli Məclisə seçkilərlə əlaqədar seçki məntəqələrində yanğın təhlükəsizliyinin təmin olunması məqsədi ilə texniki müayinələr aparmış, qabaqlayıcı tədbirlər görmüş, yanğına qarşı təbliğat xarakterli tədbirlər həyata keçirmişdir.
FHN-dən bildirmişlər ki, aparılmış müayinələr zamanı seçki məntəqələrinin yanğın təhlükəsizliyinin təmin olunması istiqamətində aşkar edilən nöqsanların aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər görülmüşdür. Seçki məntəqələrində keçirilən yanğın təhlükəsizliyi tədbirləri zamanı məntəqələr yerləşən binaların çardaqlarının taxta konstruksiyadan olan hissələrinə odadavamlı məhlulun hopdurulması, məntəqələrin ilkin yanğınsöndürmə vasitələri, yanğın xəbərverici siqnal qurğuları ilə, "Yanğın zamanı 112 xidmətinə zəng edin!" sözləri yazılmış lövhələrlə, giriş-çıxış yollarının müvafiq işarələrlə təmin edilməsi diqqət mərkəzində olmuşdur. Həmçinin elektrik təsərrüfatına baxış keçirilmiş, yanğın təhlükəsizliyi ilə bağlı mövcud çatışmazlıqların qısa müddətdə aradan qaldırılması üçün məntəqə rəhbərlərinə göstərişlər verilmişdir.
Dövlət Yanğın Nəzarəti Xidmətinin və onun yerli qurumlarının əməkdaşları seçki məntəqələrində keçirilən yanğın təhlükəsizliyi tədbirləri zamanı məntəqələrin üzvləri ilə yanğına qarşı təbliğat xarakterli söhbətlər aparmışlar. Eyni zamanda, seçki məntəqələrində yanğın təhlükəsizliyi qaydalarının yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, yanğın törədə biləcək səbəblərin və şəraitin aradan qaldırılmasının təmin olunması, yanğın hadisəsi baş verdikdə zəruri tədbirlərin həyata keçirilməsi, yanğının yayılmasının məhdudlaşdırılmasını, yanğının tez ləğv olunmasını təmin edən yanğınsöndürmə vasitələrinin daim hazır vəziyyətdə olması və onlardan istifadə qaydaları ilə əlaqədar tövsiyələr verilmişdir.
Maarifləndirmə işlərinin səmərəsini artırmaq məqsədi ilə seçki məntəqələrinə yanğına qarşı təbliğat xarakterli plakatlar paylanmışdır.
Noyabrın 7-də Milli Məclisə seçkilər günü Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən seçki məntəqələrində növbətçilik təşkil olunacaqdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında