7 noyabr Milli Məclisə seçkilər günüdür

TBMM-in müşahidə missiyası Azərbaycana gəlmişdir
Azərbaycan Milli Məclisinə keçiriləcək seçkiləri izləyəcək Türkiyə Böyük Millət Məclisinin (TBMM) müşahidə missiyası noyabrın 6-da Bakıya gəlmişdir.
Nümayəndə heyətinin üzvləri - Türkiyənin Ədalət və İnkişaf Partiyasının Kocaeli şəhərindən olan millət vəkili Fikri İşıq, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Mustafa Kabakçı demişlər ki, səfərin məqsədi noyabrın 7-də keçiriləcək seçkiləri izləməkdir. TBMM-in müşahidə missiyası paytaxt Bakıda və respublikanın regionlarında seçki məntəqələrində olacaq, səsvermənin gedişini izləyəcəklər. Əsas məqsəd qardaş Azərbaycanda gedən demokratik prosesləri görmək və təbliğ etmək, dünya ictimaiyyətinə çatdırmaqdır.
AzərTAc

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında