Azərbaycanın telekommunikasiya peyki 2012-ci ildə orbitə çıxarılacaq

Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzi (BƏHM) ilə Fransanın "Arianspace" şirkəti arasında Azərbaycanın ilk telekommunikasiya peykinin bu şirkətin istehsalı olan "Ariane-5ECA" raketdaşıyıcısı ilə orbitə çıxarılması barədə müqavilə imzalanması mərasimi keçirilib. Bu məlumatı nazirliyin mətbuat xidməti vermişdir. Müqaviləni BƏHM-in direktoru Cəlil Cəfərov və "Arianspace" şirkətinin baş direktoru Jan-İv Le Qal imzalayıblar.
İmzalanma mərasimində Azərbaycan rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu cür sazişin bağlanmasını "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı"nın icrasında növbəti mərhələ kimi qiymətləndirib.
Peykin orbitə çıxarılması üçün şirkətin müəyyən olunması tender komissiyası tərəfindən bir ildən çoxdur ki ,müzakirə olunur. Nazirin sözlərinə görə, tender komissiyası bu məsuliyyətli vəzifənin həyata keçirilməsini Arianespace şirkətinə həvalə etməyi qərara alıb. Əli Abbasov qeyd edib ki, bugünkü tədbir ölkədə kosmik sənayenin yaradılması üzrə əsas fazanın başlanmasını əks etdirən Azərbaycanın mili peykinin 2012-ci ildə orbitə çıxarılması istiqamətində həyata keçirilən işlər çərçivəsində atılmış növbəti mühüm addımdır. Sonda nazir mərasim iştirakçılarını bu əlamətdar hadisə münasibətilə təbrik edib. "Arianspace" şirkətinin baş direktoru öz çıxışında bugünkü hadisəni həm Azərbaycan, həm də onun rəhbərlik etdiyi şirkət üçün bərabər əhəmiyyətli tarix adlandırıb.
Azərbaycan üçün tərəfdaş seçimi haqqında danışan Jan-İv Le Qal qeyd edib ki, bu ən yaxşı seçimdir, çünki "Arianspace" raketdaşıyıcılarının orbitə buraxılması sahəsində böyük təcrübəyə və nüfuza malikdir. "Biz sizin seçiminizi alqışlayır və bizə göstərilən etimada görə minnətdarıq", - deyə Fransa şirkətinin rəhbəri vurğulayıb.
Tədbirdə Fransanın Azərbaycandakı səfiri Qabriel Keller də çıxış edib. Azərbaycan və Fransanın geniş iqtisadi əlaqələri olduğunu deyən səfir bu gün imzalanan müqavilənin iki ölkə arasında münasibətlərin möhkəmlənməsinin mücəssəməsi adlandırıb və Azərbaycanın milli peyki üçün raketdaşıyıcısı seçimində məhz Fransa istehsalçısına müraciət edilməsinə görə öz minnətdarlığını bildirib. 1980-ci ildə təsis edilmiş "Arianspace" şirkəti Ariane-5 raketdaşıyıcısının istehsalı, istismarı və marketinqi ilə məşğuldur.
Xatırladaq ki, 25 may 2010-cu il tarixində Malayziyanın "MEASAT" peyk operatoru ilə Malayziyaya məxsus orbital mövqenin Azərbaycan peyki tərəfindən istifadəsi üçün uzunmüddətli icarə müqaviləsi imzalanmışdır. Cari ilin may ayının 27-də isə ABŞ-ın aparıcı peyk istehsalçısı olan "Orbital Sciences Corporation" şirkəti ilə Azərbaycanın ilk telekommunikasiya peykinin istehsalı ilə əlaqədar əsas müqavilə imzalanmışdır. Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə çıxarılması 2012-ci ilin dördüncü rübünə planlaşdırılıb.{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında