Döyüşçünün xatirəsi yad edilmişdir

Bu il iyul ayının 24-də ölkə Prezidenti İlham Əliyevin müvafiq fərmanı ilə Sahib Hüseynov ölümündən sonra "Hərbi xidmətə görə" medalı ilə təltif edilmişdir. Xatırladaq ki, S.Hüseynov 1971-ci ilin iyulun 12-də Bakı şəhərində anadan olub. Binəqədi Rayon Hərbi Komissarlığı tərəfindən 1992-ci ilin fevralın 28-də hərbi xidmətə göndərilib. Hərbi xidmətini Tovuz rayonunda yerləşən N saylı hərbi hissədə keçirib.
S.Hüseynov 1994-cü ilin iyulun 14-dəTovuz rayonunun Ağdam kəndinin müdafiəsi zamanı Qaraqaya yüksəkliyi uğurunda gedən döyüşlərdə erməni qəbskarlarını məhv etmiş, əsir düşməmək üçün özünü əl qumbarası ilə partladaraq qəhrəmancasına həlak olmuşdur.
Binəqədi Rayon İcra Hakimiyyətində keçirilən mərasimdə rayon icra hakimiyyətinin başçısı Alı Qocayev Sahib Hüseynovun təltif olunduğu "Hərbi xidmətə görə" medalını onun anası Pərizal Hüseynovaya təqdim etmişdir. İcra hakimiyyəti başçısı çıxışında ölkə Prezidenti İlham Əliyevin himayəsi ilə torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəmanların xatirəsinin daim əziz tutulduğunu, onların ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün müvafiq tədbirlər həyata keçirildiyini diqqətə çatdırmışdır.
Rayon hərbi komissarı Feyzi Ağabəyov isə dövlət başçımızın səyi ilə ordumuzun qüdrətinin getdikcə artmasını, torpaqlarımızın işğalçılardan azad edilməsi yönündə qətiyyətli addımlar atıldığını vurğulamışdır.
Mərasimin sonunda Pərizal Hüseynova göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlığını bildirmişdir.
Sonda onu da qeyd edək ki, Sahib Hüseynovun vaxtı ilə yaşadığı küçə hazırda onun adını daşıyır.{nl}

Vaqif BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında