Ölkəmizin sosial-iqtisadi inkişafı hamımızı fərəhləndirir

Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclas keçirildi. Mən televiziya ekranında həmin iclasın gedişinə diqqətlə baxırdım. Ölkə rəhbəri doqquz ayda respublikada görülən işləri məntiqi ardıcıllıqla şərh etdi. Bir əmək veteranı kimi ölkəmizin bu tərəqqisindən böyük qürur duydum.
Mən ömrümün 50 ildən çoxunu Lerik-Lənkəran magistral yolunun tikintisinə həsr etmişəm. Yol tikintisi ustası olmuşam. Peşə ustalığıma görə tikinti -abadlıq işlərinə daha çox maraq göstərirəm və bu istiqamətlərdə yüksəliş görəndə qəlbən sevinirəm.
Hörmətli Prezidentimiz çox haqlı olaraq öz çıxışında qeyd etdi: "Bir sözlə, regionlarda işlər müsbət istiqamətdə gedir. Bütün şəhərlərimiz abadlaşır, gözəlləşir, müasirləşir və bu çox sevindirici haldır. Ancaq, mən istəyirəm ki, bütün şəhərlərimiz gözəl, abad olsun və orada yaşamaq üçün bütün şərait olsun. Regional inkişaf proqramı da məhz bu məqsədlə qəbul olunmuşdur".
Bu uğurları bizim yaşadığımız dağ rayonu Lerikdə də görürük. Vaxtilə Lerik-Lənkəran magistral yolunda çalışan fəhlələr böyük çətinliklərlə qarşılaşırdılar. Texnika çatışmırdı, inşaat materialları tələbatı ödəmirdi. Ağır əl əməyindən daha çox istifadə edilirdi.
Azərbaycan Respublikası regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar bizim dağ rayonu simasını tamam dəyişib, gözəlləşib. Hörmətli Prezidentimiz İlham Əliyevin Lerikə səfəri, rayon əhalisi ilə görüşləri vətəndaşların qurub-yaratmaq əzmini daha da artırdı. Mən bütün bu görüşlərdə iştirak etmişəm, rəhbərin xalqa məhəbbətini, öz gözlərimlə görmüşəm. Məhz Prezidentimizin rayona diqqət və qayğısı sayəsində Lerik-Lənkəran magistral yolu əsaslı şəkildə yenidən qurulub, yeni yaşıllıqlar salınıb, burada turizmin inkişafına da diqqət ilbəli artırılır. Lerik - Lənkəran magistral yolu boyunca 37-ci, 45 və 50-ci kilometr sahələrində, Qosmalyan və Bilnə kəndlərində Turizm - istirahət mərkəzləri, iaşə və ticarət obyektləri yaradılıb. Həm yollarımız abadlaşdırılıb, həm də çoxlu sayda vətəndaş yeni iş yerləri ilə təmin olunub.
Ən əsası, Lerikə şəhər statusu verilib. Son bir ildə Lerikin görkəmi büsbütün dəyişib. Ulu öndərin möhtəşəm abidəsi rayon mərkəzində ucaldılıb. Yeni tərtibatda çox gözəl istirahət parkı yaradılıb, rayon mərkəzi xəstəxanası, bir çox ictimai və yaşayış binaları əsaslı təmir edilib. Küçələr, meydançalar, səkilər gözoxşayan görkəm alıb. Tikinti-abadlıq işləri kənd və qəsəbələrin də görkəmini dəyişib.
Bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevin apardığı sosial-iqtisadi siyasəti dəstəkləyirik və ona minnətdarlığımızı bildiririk.{nl}

Abiş ƏMİROV, əmək veteranı, Lerik sakini

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında