Dövlət Miqrasiya Xidmətinin rəisi Almaniyanın Azərbaycandakı səfiri ilə görüşmüşdür

Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimov Almaniya Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Herbert Kvellen ilə görüşmüşdür.
Dövlət Miqrasiya Xidmətinin (DMX) ictimaiyyətlə əlaqələr şöbəsindən bildirmişlər ki, xidmət rəisi Arzu Rəhimov qonağı salamlayaraq, yeni təyinatı münasibətilə onu təbrik etmiş, işlərində müvəffəqiyyətlər arzulamışdır.
Arzu Rəhimov səfirə Dövlət Miqrasiya Xidmətinin yaranma tarixi, bu istiqamətdə görülmüş işlər barədə məlumat vermişdir. Xidmət rəisi DMX ilə Almaniyanın Azərbaycandakı səfirliyi arasında miqrasiya sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edərək, mövcud ikitərəfli münasibətlərin gələcəkdə daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirmişdir.
Səfir Herbert Kvellen ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin inkişafından danışmış, fəaliyyəti dövründə Almaniya-Azərbaycan əməkdaşlığının daha da genişləndirilməsi və gücləndirilməsi istiqamətində çalışacağını bildirmişdir.
Görüşdə Azərbaycan Respublikasında miqrasiya prosesləri, bu sahədə ölkə qanunvericiliyinə edilmiş son əlavə və dəyişikliklər barədə səfiri maraqlandıran suallar cavablandırılmış və söhbət əsnasında qarşılıqlı fikir mübadiləsi aparılmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında