Mərkəzi Seçki Komissiyasında MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev ilə görüş olmuşdur

Noyabrın 5-də Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev ilə görüşmüşdür.
Mərkəzi Seçki Komissiyasının mətbuat xidmətindən bildirmişlər ki, MSK-nın sədri seçkilərin müşahidə edilməsinə yüksək əhəmiyyət verdiyini, seçki prosesində aşkarlığın təmin edilməsindən ötrü bütün qanuni addımların atıldığını vurğulayaraq bildirmişdir ki, ümumilikdə 48 mindən çox müşahidəçi qeydə alınmış, 500 seçki məntəqəsində veb-kameralar quraşdırılmışdır. Səsvermə günü bütün müşahidəçilərə seçki məntəqələrindəki prosesləri əvvəldən axıradək izləmələri üçün hərtərəfli şərait yaradılacaqdır.
MDB müşahidə missiyasının rəhbəri müşahidəçilər üçün yaradılmış şəraiti yüksək qiymətləndirdiklərini vurğulayaraq bildirmişdir ki, onun rəhbərlik etdiyi missiya müşahidə apararkən obyektivlik, tərəfsizlik prinsiplərini əsas tutur. Noyabrın 6-da missiyanın qısamüddətli müşahidəçiləri də Azərbaycana gəlir və səsvermə günü MDB müşahidə missiyasının 351 üzvü Azərbaycanın müxtəlif bölgələrində seçki məntəqələrində səsvermənin gedişini izləyəcəklər.
Qonaqlar səmimi qəbula görə təşəkkür etmiş, qarşıdan gələn seçkilərdə uğurlar arzulamışlar.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında