Beynəlxalq hüquq məkanında terrorla mübarizənin problemləri

Milli Aviasiya Akademiyasında Beynəlxalq Əlaqələr istiqamətində daha mühüm bir layihə gerçəkləşib. "Beynəlxalq hüquq məkanında terrorla mübarizənin problemləri " mövzusunda mühazirə oxunub.
Onlarla insanın, tikililərin, yaşayış komplekslərinin , dövlət əhəmiyyətli obyektlərin bir anın içərisində məhv olunmasının qarşısının alınması , antiterror əməliyyatlarının həyata keçirilməsi bu gün dünyanı düşündürən problemlərdəndir. "Terrorçunun vətəni olmadığı kimi, terrorun da vətəni yoxdur"- deyən hüquqşünas alimlər bu qlobal problemə qarşı birgə mübarizəni təklif edirlər. Bu fikirlər Ukrayna Milli Aviasiya Universiteti Beynəlxalq Əlaqələr İnstitutunun beynəlxalq hüquq kafedrasının müdiri, hüquq elmləri doktoru , general-mayor Vladimir Antipenkonun akademiyanın professor-müəllim və tələbə heyəti qarşısında oxuduğu mühazirədə səslənib.
Natiq bu istiqamətdə Azərbaycan Respublikasında görülən işlərdən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin beynəlxalq konfrans və simpoziumlardakı çıxışlarının əhəmiyyətindən danışıb.
Geosiyasi sistemdə xüsusi mövqeyə malik olan Azərbaycanın bu sahədə üzərinə düşən vəzifənin ağırlığını da xatırladan qonaq gələcəkdə akademiyanın kollektivi ilə birlikdə mühüm layihələr həyata keçirəcəklərini də qeyd edib.

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında