Vergilər mövzusuna həsr olunmuş şeir müsabiqəsinə yekun vurulmuşdur

Vergilər Nazirliyinin Bakı Şəhəri Vergilər Departamentində paytaxt məktəbliləri və müəllimləri arasında vergilər mövzusuna həsr olunmuş şeir müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilmişdir.
Xatırladaq ki, müsabiqə 2010-cu ilin iyun ayının 1-dən oktyabr ayının 27-dək davam etmişdir. Müsabiqəyə 40 şeir təqdim olunmuşdur, onlardan da 33-nü şagirdlər, 7-sini isə müəllimlər yazmışlar.
Mükafatlandırma mərasimində Vergilər Nazirliyinin orta məktəblərdə vergilərin tədrisinə böyük əhəmiyyət verildiyi diqqətə çatdırılmış, bu sahədə görülmüş işlərdən, o cümlədən "Vergilər" tədris metodiki-kabinetlərinin fəaliyyətindən, vergilər mövzusunda hazırlanan dərsliklərdən danışılmışdır. Eyni zamanda, məktəblilər arasında müxtəlif tədbirlərin keçirilməsinin mühüm əhəmiyyəti olduğu qeyd edilmiş, şeir müsabiqəsinin şagirdlərin vergi sahəsinə marağının daha da artmasına təsir göstərəcəyi vurğulanmışdır. Həmçinin bildirilmişdir ki, belə tədbirlər bundan sonra da keçiriləcəkdir.
Müsabiqənin qalibləri diplomlar və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar. Digər iştirakçılara da xatirə hədiyyələri və sertifikatlar təqdim olunmuşdur.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında